Viktor Yakovleviç Bunyakovski (16.12.1804, Podolsk quberniyası, Mogilyov qəzasının Bar şəhəri, indiki Ukrayna – 12.12. 1889, Sankt-Peterburq) — rus riyaziyyatçısı, Peterburq Elmlər Akademiyasının akademiki. (1830; 1864–89-cu illərdə vitse-prezident).[1]
Həyatı
Təhsilini Koburqda, Lozannada, Parisdə (1820–25) almışdır. Elmi və pedaqoji fəaliyyətinə Sankt-Peterburqda başlamış (1826), 1846–59-cu illərdə Sankt-Peterburq Universitetinin professoru olmuşdur.[1]
Fəaliyyəti
Bunyakovskinin tərtib etdiyi “Sırf riyazi və tətbiqi riyaziyyat leksikonu” (1839) elmi terminologiyanın yaradılmasında böyük əhəmiyyət kəsb etmişdir. Onun “Ehtimal nəzəriyyəsinin riyazi əsasları”nda (1846) həm ehtimal nəzəriyyəsinin, həm də onun sığortaya və demoqrafiyaya tətbiqinin orijinal şərhləri vardır. Riyazi analizdə Bunyakovski bərabərsizliyi məlumdur. Həndəsi tədqiqatlarında Evklidin paralellik haqqında aksiomuna böyük diqqət yetirmişdir. 1878-ci ildə Peterburq Elmlər Akademiyası Bunyakovski adına mükafat təsis etmişdir.[1]
İstinadlar
Xarici keçidlər