Verilənlər tipi

Verilənlər tipi (en. Data type), (ru. тип данных), (tr. veri türü) – proqramlaşdırmada: verilənlər yığınının mümkün qiymətlərinin diapazonunu, bu qiymətlər üzərində aparıla bilən əməliyyatları və bu qiymətlərin yaddaşda saxlanması qaydasını müəyyənləşdirən xarakteristikası. Kompüter verilənlərlə, onların tiplərinə uyğun olaraq manipulyasiya edir. Məsələn, sürüşkən nöqtəli verilənlərin qiyməti tam ədədi tipli verilənlərin qiymətindən fərqli qaydada təsvir və emal edilir. Verilənlər tipi anlayışı verilənlərlə manipulyasiyanı daha mücərrəd proses edir və onların əsasında verilənlərin ikilik təqdimolunmasının durduğunu gizlədir. Verilənlər tipi anlayışı, demək olar ki, bütün səviyyəli dillərdə var; belə tiplərə misal olaraq tam ədədləri, sürüşkən nöqtəli ədədləri, simvolları, Bul verilənlərini, göstəriciləri göstərmək olar. Verilənlər tiplərinin emalı ilə bağlı problemlərin işlənməsi qaydası dilin əsas xarakteristikalarından biridir.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!