Vaynax (ansambl)

Vaynax
Vaynax Dövlət rəqs ansamblı
Vaynax Dövlət rəqs ansamblının binası
Vaynax Dövlət rəqs ansamblının binası
Əsas məlumatlar
Üslub Çeçen və Qafqaz folklorunun rəqsləri
Fəaliyyət illəri 1939-cu ildən hazırkı dövrə qədər
Ölkə SSRİ SSRİ Rusiya Rusiya
Şəhər Qroznı
Dil çeçen
Keçmiş üzvlər Ramzan Əhmədov;
Dokku Maltsaqov;
Dikal Muzakayev;
Zulay Sardalova;
Topa Elimbayev;
Mahmud Esambayev
ansambl-vaynah.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaynax Dövlət rəqs ansamblı — 1939-cu ildə yaradılan Çeçenistan Respublikasının milli rəqs ansamblı.

Tarixi

Vaynax ansamblı 1939-cu ildə mahnı və rəqs kollektivi olaraq təşkil edilmişdir. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Mahmud Esambayev, Andarbek Sadıkov, Vaxa Dakaşev, Gelani Yusupov və Çeçenistanda digər məşhur rəqqaslar karyeralarına burada başlamışdılar.

Çeçenlərin və inquşların deportasiyasından sonra ansambl fəaliyyətini dayandırmışdır. 1956-cı ildə ansambl yenidən yaradıldı. Bütün Orta Asiyada yaşayan çeçenlərinquşlar arasında müsabiqə elan edildi və nəticələrinə görə ansamblın yeni tərkibi quruldu. Ansamblın yaradılmasında çeçen aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti Əbdülhəmid Həmidovun böyük rolu olmuşdur.

N.Xalebski ansamblın bədii rəhbəri, Qelani Yusupov isə xoreoqraf idi. 1957-ci ilin may ayında canlanan ansamblın ilk konserti baş tutdu və bununla da kollektiv böyük uğur qazanmağa başladı.

Bərpadan sonra

"Vaynax" ansamblı, 1939-cu il

1969-1994-cü illərdə Topa Elimbayev ansamblın bədii rəhbəri idi. 1988-ci ildə Topa Elimbayevin rəhbərliyi altında qurulan ansamblın konsert proqramı ədəbiyyat, incəsənət, memarlıq və kinematoqrafiya sahəsində Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Dövlət Mükafatına layiq görüldü.

Ölkənin ən yaxşı peşəkar kollektivləri ilə birlikdə ansambl bir çox Ümumittifaq və Ümumrusiya festivallarında iştirak etdi, Sovet İttifaqı ərazisində uğurlu qastrollarda oldu. Ansambl Argentina, Meksika, Peru, San Salvador, Kosta Rika, Panama, Portuqaliya, Almaniya, Keniya, Mozambik, Suriya, İordaniya, Türkiyə və digər ölkələrdə qastrol səfərlərində olmuşdur. Kollektivin tamaşaları həmişə böyük uğurla keçirdi.

1996-1999-cu illərdə, hətta maaş almadan da işçilər yaradıcılıq potensiallarını qoruyub ansamblın şöhrətini artırmağı bacardılar. Ansambl Türkiyədə ("Bursa-98") və İtaliyada ("Agrigento-99") keçirilən beynəlxalq festivallarda qalib gəldi. 1999-cu ilin sentyabrında ansambl Çeçenistanda hərbi əməliyyatlar bitənə qədər işini dayandırdı.

Müasir dövrdə fəaliyyəti

Ansamblın çıxışı, 2018-ci il

2001-ci ilin əvvəlində ansambl yeni təyin olunmuş bədii rəhbər Dikalu Muzakayevin rəhbərliyi altında konsert proqramını bərpa etməyə başladı. 18 may 2001-ci ildə məcburi fasilədən sonra ilk konsert Krasnodarda böyük uğurla keçirildi.

2002-ci ildə ansambl Fransada keçirilən səkkiz beynəlxalq folklor festivalında iştirak etdi və bunlardan üçündə Qran-pri qazandı. 2003-cü ildə İtaliya və İspaniyada keçirilən beynəlxalq festivallarda Qran-pri və tamaşaçı simpatiyası mükafatlarını, 2007-ci ildə Fransada keçirilən festivallarda Qran -Prini, Yaroslavl Şənlikləri Festivalında Qran-Prini, İspaniya, İordaniya festivallarında, Suriya və s. ölkələrdə mükafatlar aldı.

Ansambl respublika, regional və ümumrusiya miqyaslı bütün əhəmiyyətli tədbirlərdə iştirak edir. Ansamblın dirçəlişinə verdiyi töhfələrə görə ansamblın on iki sənətçisinə Çeçenistan Respublikasının fəxri adları verildi.

2004 -cü ilin mart ayında ansamblın rəhbəri Dikal Muzakayevə Rusiya Federasiyasının Xalq artisti fəxri adı verildi.

2015-ci ilin mart ayında ansambl onun üçün xüsusi tikilmiş binaya köçdü.

Mükafatları

1975-ci ildə ansamblın kollektivi İordaniya Haşimilər Krallığının mükafatı olan "İordaniya Ulduzu" ordeni ilə təltif edilib.[1]

İstinadlar

  1. "История присуждения Ордена Звезды Иордании ансамблю «Вайнах»". 2018-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.

Ədəbiyyat

  • Государственный чечено-ингушский ансамбль танца «Вайнах». Москва: Внешторгиздат. 1990.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!