Varşava Universitetinin əsas korpusu (Rostov-na-Donu)

Varşava Universitetinin əsas korpusu (Rostov-na-Donu)
rus. Здание бывшего главного корпуса Донского (Варшавского) университета
Xəritə
47°13′10″ şm. e. 39°42′16″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1914
Memar İ. E. Çerkesian
Memarlıq quruluşu Modern memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Varşava Universitetinin əsas korpusu (Rostov-na-Donu) - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 33 ünvanında yerləşən bina. Bina 1912-1914-cü illərdə İ. E. Çerkesianın layihəsi əsasında inşa edilmişdir. Bina Bolşoy Sadovnaya küçəsinin və Ostrovnaya xiyabanının küncündə yerləşir. Hal-hazırda Cənub Federal Universitetinin korpuslarından biridir[1]. Rostov Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[2]. Modern stilində inşa edilmişdir.

Tarixi

XX əsrin əvvəllərindı Poçtovı xiyabanı və Bolşoy Sadovnaya küçələri ərazisində 1-ci dərəcəli gildiya taciri N. İ. Çurilinə məxsus fabrik korpusu mövcud olmuşdur. 1912-ci ildə şəhər duması burada yeni gəlirli bina tikməyi qırara alır. Şəhər duması müsabiqə elan edir və bu yarışmada Sankt-Peterburq Dövlət Arxitektir-Tikinti Universitetinin tələbəsi İ. E. Çerkesianın layihəsi qalib gəlir. İkinci və üçüncü yerləri isə müvafiq olaraq kiyevli mühəndis İ. Q. Torov və rostovlu arxirektor Qriqori Nikolayeviç Vasilevin layihələri tutur. Çerkesianın layihəsi müəyyən dəyişikliklərlə icra edilir. [[1912-ci ildə başlanan tikinti 1914-cü ildə bitmişdir.

1915-ci ildə alman qüvvələri Varşavaya yaxınlaşarkən kökumət Varşava Tibb Universitetini Rostov-na-Donuya köçürməyi qərarlaşdırır. Keçmiş gəlirli bina Universitetin əsas korpusuna çevrilir. 1917-ci ildə universitet Don Universiteti adlanır. 1930-cu illərdə Cənub Federal Universitetinin əsas korpusuna çevrilir. Keçmiş gəlirli binada Rostov Dövlət Pedaqoji İnstitutu yerləşmişdir.

1993-cü ildə Pedaqoji İnstitutu universitetə çevrilmişdir. 2006-cı ildə Cənub Federal Universitetinə birləşdirilmişdir.

Memarlıq

Bina modern üslubda inşa edilmişdir. Bununla yanaşı klassizm elementlərini belə müşahidə etmək mümkündür. Bina konfiqurasiyalı plana malikdir. Binanın əsas fasadı Bolşoy Sadovnaya küçəsinə baxır. 1970-ci ildə binada müəyyən təmir işləri aparılmışdır.

İstinadlar

  1. "Структура ЮФУ". dbs.sfedu.ru. 2013-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-11.
  2. "Rostov-na-Donu". Rostov vilayətinin rəsmi saytı. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!