Vaqif Məmmədov (əməkdar mühəndis)

Vaqif Məmmədov
Vaqif İzi oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Qoçəhmədli, Füzuli rayonu
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Şirvan
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Əmək veteranı" medalı
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı

Vaqif İzi oğlu Məmmədov — Şəhər Xalq Deputatları Sovetinin deputatı, Əmək veteranı, Azərbaycan SSR-nin əməkdar mühəndisi, “Qırmızı Əmək Bayrağı” orden laureatı.

Həyatı

1935-ci ilin mart ayının 6-da Füzuli rayonunun Qoçəhmədlində dünyaya gəlmişdir. O, 1949-cu ildə Qoçəhmədli kənd yeddillik məktəbini, 1952-ci ildə isə Qarğabazar kənd orta məktəbini bitirərək, M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur. 1957-ci ildə V.Məmmədov həmin İnstitutu “Neft yataqlarının istismarı” ixtisası üzrə tamamlamış və Əli-Bayramlıda yenicə (1955-ci ildə) yaranmış “Şirvanneft” Neft Mədənlər idarəsinə göndərilmişdir.

Fəaliyyəti

Şirvanneft Neft Mədənlər idarəsin o, 1963-cü ilə qədər neftçıxarma operatoru, usta köməkçisi, neftçıxarma ustası, mədənin baş mühəndisi vəzifələrində və 1963-1970-ci illərdə isə mədən müdiri vəzifəsində çalışmışdır.

1970-1973-cü illərdə V.Məmmədov “Şirvanneft” Neft Qazçıxarma idarəsinin baş mühəndisi, 1973-cü ildən 1987-ci ilə kimi isə həmin idarənin rəisi vəzifəsində çalışmışdır.

1987-ci ildə V.Məmmədov Əli-Bayramlı şəhər İcraiyyə Komitəsinə sədr müavini seçilərək 1991-ci ilədək həmin vəzifədə işləmişdir.

1991-ci ildə o, Əli-Bayramlı şəhər Statistika idarəsinə rəis vəzifəsinə təyin olunmuş və ömrünün sonunadək həmin vəzifədə fəaliyyət göstərmişdir.

1975-ci ildən 1985-ci ilədək o, ardıcıl olaraq Əli Bayramlı şəhər Partiya Komitəsinin büro üzvü, 1986-cı ildən 1990-cı ilədək isə Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. Vaqif Məmmədov neft sənayesində işlədiyi 30 il müddətində “Neft ustası”, “Neft Sənayesi əlaçısı” medalları, “Qırmızı Əmək bayrağı” ordeni ilə təltif olunmuş, “Azərbaycan SSR əməkdar mühəndisi” fəxri adına layiq görülmüşdür.

O dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuş, sərginin bürünc medalı ilə təltif edilmiş, SSRİ Neft Sənayesi Nazirliyinin və Azneft Birliyinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Kitabları

  • “Əli-Bayramlı-50”(2004)
  • “Əli-Bayramlı neftçiləri”(2005)

Mükafatları

Vəfatı

Vaqif Məmmədov 1957-ci ildən ömrünün sonunadək, yəni 51 il Şirvan şəhərində yaşamışdır. 2008-ci ilin fevralın 12-də Şirvan şəhərində vəfat etmişdir və elə bu şəhərdə də dəfn edilmişdir.

Mənbə

Alik Rzayev, "VAQİF MӘMMӘDOV. Elin hörmәtini qazanmış insan". Bakı: “Müəllim” nəşriyyatı, 2013. – 138 s.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!