|
Ümumi
|
Ad, İşarə, Nömrə
|
vanadium, V, 23
|
Qrup, Dövr, Blok
|
5, 4, d
|
Xarici görünüşü |
|
Atom kütləsi |
50.9415 q/mol
|
Elektron formulu |
[Ar] 3d3 4s2
|
Fiziki xassələr
|
Halı |
|
Sıxlığı |
(0 °C, 101.325 kPa) q/L
|
Ərimə temperaturu |
1910 °C (2183 K, 3470 °F)
|
Qaynama temperaturu |
3407 °C (3680 K, 6165 °F)
|
Elektromənfiliyi |
|
Oksidləşmə dərəcəsi |
|
Spektr =
|
İonlaşma enerjisi |
kCmol-1
|
Vanadium (V) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 23-cü element.
Paslanmayan polad istehsalında əhəmiyyətli bir qatqı maddəsidir. Polad səthlərinin titan örtülməsi əməliyyatında da, bağlayıcı element olaraq istifadə edilir. Vanadium pentoksit tərkibli, keramika istehsalında katalizator və boya sabitləşdirici olaraq istifadə edilir. Bundan əlavə, süperiletken maqnitlərin istehsalında, çox dayanıqlı və uzun ömürlü ərintiləri əldə etməkdən ötəri də istifadə edilir. Yer qabığında vanadium 1,5·10–2% (kütlə ilə) miqdarındadır. Bitkilər onu torpaqdan udur. Bitkilərdə vanadiumun miqdarı orta hesabla 0,001% (kütlə ilə) təşkil edir. Vanadium hüceyrədə maddələr mübadiləsində iştirak edir. Vanadiumun "yığıcılarından" biri hamıya yaxşı tanış olan zəhərli solğun poqanka göbələyidir. Kif göbələyi olan qara aspargill isə yalnız vanadium duzlarının iştirakı ilə inkişaf edir.
Heyvanların orqanizmində orta hesabla 0,0001% (kütlə ilə) vanadium olur. Dənizlərin və okeanların bəzi canlılarının – dəniz kirpisinin və qoloturun qanında vanadiumun miqdarı kütlə ilə 10%-ə çatır. Ehtimal olunur ki, vanadium bu canlılarda dəmirin hemoqlobində və ya maqneziumun xlorofilldə oynadığı rolu oynayır. Vanadium hər şeydən əvvəl qidalanma proseslərində iştirak edir.
Argentinada öküzlərin və donuzların qidalarına vanadium birləşmələri qatılmaqla təcrübələr aparılmışdır. Bu zaman heyvanların iştahı yaxşılaşmış, onların çəkiləri sürətlə artmışdır.
Yaşlı adamın orqanizmində 100 m/kq-a yaxın vanadium olur. Qida məhsulları ilə vanadiumun orqanizmə sutka ərzində qəbulu 2 mq olur. Vanadium orqanizmin müdafiə funksiyasının yüksəlməsində əhəmiyyətli rol oynayır. O, faqositlərin – xəstəlik törədici mikrobları udan və orqanizmin infeksiyalı xəstəliklərə tutulmağa dözümlülüyünü artıran hüceyrələrin hərəkətini stimullaşdırır. Biokimyəvi tədqiqatlar sübut etmişdir ki, digər mineral maddələrlə birlikdə vanadium qocalma prosesini ləngidir. Vanadium toxumaların oksigen udmasını gücləndirir, ürək əzələsinin funksiyasına, əsəb sisteminə, böyrəklərə, qara ciyərə, qanda şəkərin miqdarına təsir edir.
Vanadiumun daha geniş məlum olan və insan tərəfindən daha geniş istifadə edilən birləşmələri aşağıdakılardır:
V(OH)2 – vanadium (II) hidroksid
VO – vanadium (II) oksid
VCl2 – vanadium (II) xlorid
VBr2 – vanadium (II) bromid
VJ2 – vanadium (II) yodid
VF2 – vanadium (II) flüorid
Pb5(VO4)3Cl – vanadinit
Vanadium 1830-cu ildə isveç kimyaçı – mineraloqu N. Sefstrem tərəfindən dəmir filizlərinin tədqiqi zamanı kəşf olunmuşdur və qədim skandinaviya ilahəsi Vanadisin şərəfinə vanadium adlandırılmışdır.
Insan orqanizmində vanadium atomlarının sayı 2,4·1020, bir insane hüceyrəsində isə 2,4·106 ədəddir.
Qida məhsulları ilə vanadiumun orqanizmə sutka ərzində daxil olan miqdarı 2 mq olur. Təbabətdə vanadium anemiyanın, vərəmin, revmatizmin, siflisin müalicəsində istifadə olunur.
Hazırda tibdə vanadium duzlarının şəkərli diabetin müalicəsində istifadəsinin perspektivliyi məsələsi yoxlanılır, çünki, vanadatlar insulinə bənzər effektə malikdirlər.
Vanadium gözəl rəngli birləşmələr əmələ gətirdiyindən ona skandinaviya gözəllik ilahəsinin adı verilmişdir.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
Lüğətlər və ensiklopediyalar | |
---|
|