Valyuta məzənnəsi

Mübadilə məzənnəsi və ya valyuta məzənnəsi — milli valyuta vahidinin xarici valyuta ilə ifadə olunmuş qiyməti.[1][2]

Valyuta kotirovkası

İki müxtəlif valyutanın qiymət nisbəti kimi xarakterizə olunan m.m. aşağıdakı üsullarla müəyyən olunur:

1. Birbaşa kotirovka – 1 vahid milli valyutanın müəyyən həcmdə xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 Azərbaycan manatı = 1,18 ABŞ dolları;

2. Dolayı kotirovka – müəyyən həcmdə milli valyutanın 1 vahid xarici valyuta ilə ifadə olunması. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı;

3. Çarpaz kotirovka – iki valyutanın hər birinin 3-cü valyutaya nəzərən məzənnəsi vasitəsilə bir-birində ifadəsi. Məsələn, 1 ABŞ dolları = 0,85 Azərbaycan manatı; 1 ABŞ dolları = 1,65 gürcü larisi təşkil edirsə, onda 1 Azərbaycan manatı = 1,65/0,85 = 1,94 gürcü larisi

Mübadilə məzənnəsinin növləri

a. Nominal valyuta məzənnəsi – valyuta bazarında 2 müxtəlif valyutanın bir-birinə mübadilə edildiyi məzənnə;

b. Real valyuta məzənnəsi – valyutaları müqayisə olunan ölkələrdə nisbi inflyasiya səviyyəsi də nəzərə alınmaqla hesablanmış cari məzənnə:

burada,

Er – real məzənnə,

En – real məzənnə,

Pf – tərəfdaş ölkədəki qiymət səviyyəsi (inflyasiya),

Pd – ölkədə qiymət səviyyəsi (inflyasiya)

c. Nominal effektiv valyuta məzənnəsi – milli valyutanın bir neçə xarici valyutaya nəzərən dəyişməsi indeksi. Bu zaman həmin valyutaların milli valyuta bazarında iştirak səviyyəsi də nəzərə alınır.

d. Real effektiv valyuta məzənnəsi – milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksi

İstinadlar

  1. "Arxivlənmiş surət". 2017-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-20.
  2. "Digital pul mübadiləsi". 2021-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!