Valtorn — ilbiz qabığı kimi qıvrım formalı mis borudan hazırlanan nəfəsli musiqi aləti. Dilimizə italyanca "buynuz" mənası daşıyan "corno" sözündən keçmiştir. Qədim Misirdə, Qədim Romada və Mesopotamiyada buynuzdan hazırlanan ilk nümunələri, işarə vermək və ovçulara yol göstərmək üçün istifadə edilirdi. Müasir dövrümüzdə də bəzi ölkələrdə çobanlar və ovçular hələ də bu məqsədlə buynuzdan istifadə edirlər.
Alət haqqında
Valtornun gövdəsini təşkil edən boru, üfürülən baş hissədən aşağıya doğru qıvrılarak genişlənir və zınqırov formalı hissə ilə tamamlanır. Müasir valtornun uzunluğu təxminən 3,3 metrdir. Üfürülən ucunda konus formalı ağızlıq var. Fleyta və klarnetdə olduğu kimi, onun üzərində səs deşikləri və ya üfürmə dili yoxdur. Dodaqlar ağızlığa dodağın quruluşuna uyğun vəziyyətdə yerləşdirilir. Üfürüldükdə borunun içindəki hava kütləsinin titrəməsi nəticəsində səs yaranır. Çıxan səslər üfürmə zamanı dodaqların vəziyyətinə uyğun olaraq dəyişir. Dodaqların vəziyyəti boş olduqda bas səsler, sıxılmış olduqda isə zil səslər yaranır.
Müasir valtornun səs genişliyi və texniki quruluşu əvvəlkilərlə müqayisədə xeyli təkmilləşdirilmişdir.
Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!