V Məhəmməd (Cavi: V سلطان محمد; 6 oktyabr 1969, Kota Baru[d]) — Kelantan sultanı, 2016-cı ilin 13 dekabrında 5 il müddətinə Malayziya kralı seçilib. 6 yanvar 2019-cu ildə taxtdan imtina edib.[1][2][3]
Həyatı
V Məhəmməd 1969-cu il oktyabrın 6-da Malayziyanın Kelantan ştatında doğulub.[1] O, Böyük Britaniyada ali diplomat təhsili alıb.[4] Hobbiləri arasında ekstremal idman növləri, dözümlülük tələb edən maneəli yerlərdə qaçış və idman atıcılığı xüsusi yer tutur.[5]
2018-ci ilin noyabr ayının 22-də Rusiya paytaxtında "Miss Moskva-2015" müsabiqəsinin qalibi Oksana Voyevodina ilə evlənib. Rusiyalı model Oksana kralla evləndikdən sonra İslamı qəbul edib və müsəlman adı (Rihana) götürüb.[6]
V Məhəmməd ölkənin 1957-ci ildə müstəqillik qazanmasından sonra 15-ci hökmdar olub.[7] Konstitusiyaya əsasən, Malayziya kralı taxt-tacına ölkənin 9 ştatının sultanlarından biri 5 illik müddətə və rotasiya prinsipi əsasında sahib olur. 2016-cı ilin dekabrında V Məhəmməd tacı Kedah ştatının sultanı Abdul Halim Muadzamdan təhvil alıb.[8]
O, 2019-cu ilin yanvarın 6-dan etibarən Federal Konstitusiyanın 32 (3.) maddəsinə əsasən ölkənin 15-ci kralı olaraq istefa verib.[9] Həmçinin ölkənin tarixində ilk dəfə olaraq kral öz taxtından imtina edib. Bu 1957-ci ildə Malayziyanın Britaniyadan müstəqillik qazanmasından sonra ilk taxtdan imtina halıdır.[10]
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Lüğətlər və ensiklopediyalar | |
---|