Napoleonun Rusiyaya uğursuz nəticələnən səfərindən sonra kontinental qüvvələr olan Birləşmiş Krallıq, Portuqaliya və İspan qiyamçıları Rusiyanın yanında yer aldılar və Fransaya qarşı savaşdılar. Ordularını yenidən nizamlayan koalisiya qüvvələri 1813-cü ildə Napaleonu Almaniyadan çıxartdılar, 1814-cü ildə Fransanı işğal etdilər, Napaleonu taxtdan çəkilməyə məcbur etdilər və Burbon restavrasiyasını həyata keçirdilər.
Napoleonun Almaniya və Rusiyada həyata keçirdiyi uğursuz səfərlər onun devrilişinin toxumlarını səpdi. Müttəfiqlər Parisi işğal edərək onu taxtdan saldılar. Napoleon Parisə yürüş etmək qərarına gəldi. Onun əsgər və zabitləri döyüş üçün istəkli, arzulu idilər. Napaleonun marşal və baş zabitləri ona qarşı qiyam qaldırdılar. Aprelin 4 də Napoleon Neyin başçılıq etdiyi marşal və zabitlərlə qarşı-qarşıya gəldi. Onlar Napoleona yürüşə qatılmayacaqlarını bildirdilər. Napoleon ordunun onunla birlikdə olacağını bildirdi. Rey isə cavabında : "Ordu öz komandanını izləyəcək" dedi.
Napoleon 1814-cü il 11 apreldə taxtdan salındı və müharibə rəsmi olaraq başa çatdı baxmayaraq kı, maya qədər bir neçə döyüş olmuşdu. 11 Aprel 1814-cü ildə Fontainblau anlaşması imzalandı. Ardınca Napoleon və Britaniyanında daxil olduğu böyük güclər arasında 30 may1814-cü ildə Paris sülhü imzalandı və Napoleon Elba adasına sürgün edildi. Müttəfiqlər tərəfindən Burbon monarxiyası XVIII Luizin hakimiyyətə gətirilməsi ilə restovrasiya edildi. Müttəfiqlər Avropanın xəritəsinin yenidən çəkiləcəyi Vyana konqresindən öncə İngiltərədə sülhü təntənəli şəkildə bayram edirdilər.