VI Aleksandr (ing. Pope Alexander VI) və ya Rodriqo Borciya (isp. Rodrigo de Borja) (güm. 1 yanvar 1431[1][2] – 18 avqust 1503[3][1], Roma, Papa dövləti) — Roma papası.
Araqon krallığına bağlı Xativa şəhərində məşhur Borciya ailəsində dünyaya gəldi. Bolonya Universitetində təhsilini tamamlamasının ardından dekan olaraq kilsə xidmətinə başladı. 1455-cı ildə dayısının III Kalliks adıyla Roma papası seçilməsinin ardından öncə kardinal, bir il sonra Roma-katolik kilsəsinin vitse-kansleri oldu. Dayısından sonra gələn 4 papanın dövründə də bu vəzifəsində qaldı və bu müddət ərzində kilsə daxilində nüfuz və var-dövlət qazandı. 1492-ci ildə VI Aleksandr adını alaraq Roma papası seçildi.
1493-cü ildə yazdığı fərmanlarla İspaniyanın Yeni Dünya üzərindəki nüfuzunu təsdiqlədi. Bunda əsas məqsədi isə Fransaya qarşı ispanların ittifaqını qazanmaq idi. İtaliya müharibəsi boyunca VI Aleksandr Fransa kralına kondottiyeri olaraq göndərdiyi oğlu Çezare Borciyanı dəstəklədi. Xarici siyasətdəki əsas məqsədi isə öz ailəsinin mənafeyini qorumaq idi.
Öz məşuqələrindən doğulan övladlarını rəsmi şəkildə öz adına qəbul etməsi səbəbilə VI Aleksandr İntibah dövrünün ən müzakirəli Roma papası oldu. Nəticədə onun sonradan italyanlaşdırılan Borciya soyadı əxlaqsızlıq və nepotizmin simvoluna çevrildi. Buna baxmayaraq xələflərindən ikisi - V Sikst və VIII Urban onu Müqəddəs Pyotrdan sonrakı ən görkəmli Roma papası kimi tərənnüm etdi.
Mənbə
- Hibbert (2008) For Girolama: Ferdinand Gregorovius (1900). History of the City of Rome in the Middle Ages. Volume 7, Part 1. London: George Bell. p. 353. ISBN 978-1-108-01509-7
- Downey, Kirstin (28 October 2014). Isabella: The Warrior Queen. Knopf Doubleday Publishing Group. ISBN 978-0-385-53412-3
- Catherine B. Avery, 1972, The New Century Italian Renaissance Encyclopedia, Appleton-Century-Crofts, ISBN 0-13-612051-2 ISBN 9780136120513
- G. J. Meyer (2014). "Background: The paternity question: An apology". The Borgias: The Hidden History. Bantam. pp. 239–247. ISBN 978-0345526922
- Hollingsworth, Mary (2014). The Borgias : history's most notorious dynasty. London. p. 17. ISBN 978-1-78206-944-7
- Anderson, M. S. (1993). The Rise of Modern Diplomacy 1450–1919. London: Longman. p. 3. ISBN 0-582-21232-4
- Machiavelli, Niccolò (1981). The Prince and Selected Discourses (Bantam Classic ed.). New York: Bantam Books. p. 127. ISBN 0-553-21227-3
İstinadlar
|
---|
I – IV əsrlər | | |
---|
V – VIII əsrlər | |
---|
IX – XII əsrlər | |
---|
XIII – XVI əsrlər | |
---|
XVII əsr – indi | |
---|