Ulduz doğuldu (ing.A Star Is Born) – 2018-ci ildə çıxarılmış eyni adlı musiqili filminLedi Qaqa və Bredli Kuper tərəfindən ifa edilmiş musiqi albomudur. Albom 5 oktyabr 2018-ci ildə “Interscope Records” leyblı tərəfindən çıxarılmışdır.[8] Qaqa və Kuper albom üzərində aralarında filmdə Kuperin qrupunda çalışmış kimi göstərilən Lukas Nelson da olan bir neçə kantri musiqiçisi ilə birlikdə çalışmışlar. Daha çox pop yönümlü mahnılar üzərində isə Qaqa və DJ White Shadow birlikdə çalışmışlar. Alboma həm də, Ceyson İzbell, Mark Ronson, Dayan Uorren və “Miike Snow” qrupundan Endryu Vayt ilə birlikdə çalışmışlar.
2015-ci ilin martında Warner Bros.Bredli Kuperin1937-ci ildə çıxarılmış “Ulduz doğuldu” filminin dördüncü remeykinin rejissorluğunu edəcəyini bildirir.[9] 2016-cı ilin avqustunda Ledi Qaqanın layihəyə qoşulmasından sonra, 2017-ci ilin əvvəllərində studiya layihə üçün qırmızı işıq yandırdı.[10] Kuper tanınmış kantri musiqiçisi Cekson Meyni canlandırır. O, Ledi Qaqanın canlandırdığı gənc və tanınmamış musiqiçi Elliyə aşiq olur.[11] Qaqa musiqiçi rolunun canlandırılmasında Kuperə kömək etmişdir.[12]
Kuper filmə hazırlıq üçün iki il yarım vaxt sərf etmiş və canlandıracağı musiqiçinin necə biri olacağına qərar vermişdir. O mütəlif musiqiçilər, ocümlədən vokal müəllimi Rocer Lavla birlikdə çalışmışdır.[13] Kuper deyir ki, “çalışmaların sonuna yaxın mən öz yaradıcılığımı inkişaf etdirməyə başlamışdım. Əgər hazırlıq üçün daha bir ilim olsaydı, bu tamamilə rok olardı, indi isə qarışıq bir şeydi.”[13]
Yazılması
Kuper film musiqisini “hekayə kimi, təkamülçü” adlandırır.[14] Qaqa və Kuper çəkilişlər zamanı mahnılar üzərində də işləmişlər və buna görə də “hər mahnının bir neçə müxtəlif versiyası ortaya çıxmışdır.”[14] Kuper əlavə edir ki, “musiqi həqiqətən də filmdə müstəqil personaja çevrilir.”[14] Ceyson İzbell Kuperin personajı üçün mahnı İzbell yazmışdır. İzbell Neşvill mənşəli prodüser Deyv Kobb vasitəsiylə Kuperə göndərmişdir.[15]
Lukas Nelsonun (kantri musiqiçisi Uilli Nelsonun oğlu) Desert Trip festivalında çıxışını izlədikdən sonra Kuper, film üzərində işləməkdə kömək etməsi üçün ona müraciət edir. Nelson bir neçə mahnı yazmağa razılaşır və onları prodüserlərə göndərir.[16] Sonradan Nelson Qaqa ilə görüşərək onunla birlikdə mahnılar yazmağa başlayır, Qaqa isə öz növbəsində onun yeni albomunda iki mahnının bek-vokalını ifa edir.[17] Qaqa və Kuperin duet şəklində ifa etdiyi mahnı 5 oktyabr 2018-ci ildə Interscope Records tərəfindən çıxarılmış və alboma “on doqquz mahnı + 15 dialoqun daxil” edildiyi bildirilmişdir.[18]
Qaqa albom üzərində, daha əvvəl “Joanne” (2016) albomu üzərində də birlikdə çalışdığı prodüser Mark Ronson və bəstəkar Hillari Lindsi ilə birlikdə işləmişdir. Elli personajının ifa etdiyi daha çox pop yönümlü mahnılar üzərində isə Qaqa və DJ White Shadow birlikdə işləmişdir.[13] Albomun böyük bir hissəsi Qaqanın təkidinə əsasən[13] çəkiliş prosesi zamanı yazılmışdır.[8]
Musiqi və sözlər
“Billboard” film musiqisini “süjetin ayrılmaz hissəsi” adlandıraraq bildirir ki, “mahnı sözlərinin bir çoxu istəklər, arzular və dəyişərək inkişaf etməklə bağlıdır.” Mahnıların bəzisi içki düşkünü olan rok-musiqiçi (Bredli Kuper tərəfindən canlandırılmış Cekson Meyn) və bəstəkar-müğənni (Ledi Qaqa tərəfindən canlandırılmış Elli) arasında yaranmış sevgini əks etdiri və “sonda musiqi yüksəlir, film, yoxsa yox. Onlar, zamansız, emosional, ciddi və qüsursuzdurlar. Onlar yolunu azmasına baxmayaraq, dinləyicilərin qəlbinə yol tapa bilən musiqiçilər tərəfindən yazılmış kimi səslənirlər.”[19]
Çıxarılması
Film musiqisi albomunun trek siyahısı və çıxarılma tarixi 30 avqust2018-ci ildə elan edilmişdir.[11] Interscope Records tvit vasitəsiylə alboma “müxtəlif stillərdə olan 19 mahnı + filmi izləyənləri xatirələrə səyahətə aparacaq 15 dialoq” daxil olduğunu bildirmişdir.[20] Albomun əsas sinqlı olan "Shallow" mahnısı 27 sentyabr2018-ci ildə çıxarılmışdır.[21]
Tənqidçilərin mövqeyi
Albom musiqi tənqidçiləri tərəfindən müsbət qarşılanmışdır. “Metacritic” “əsasən müsbət rəylər”ə əsaslanaraq albomu 80/100 balla qiymətləndirmişdir.[1] “The Washington Post” albomu “ beş ulduzlu möcüzə” adlandıraraq bildirir ki, ola bilsin ki, o, İlin albomu nominasiyasında Qremmi mükafatına namizəd göstərilsin.[22] “The Guardian”dan Ben Bemont-Tomas albou “Qaqanın emosional gücü ilə dolu əsl klassika” adlandırır və 4/5 balla qiymətləndirir.[3]