Ulduz PFK - və ya rəsmi adı ilə Ulduz Peşəkar Futbol Klubu. Təməli 1967-ci ildə qurulan, Azərbaycanın Mingəçevir şəhərini təmsil edən futbol klubudur. Klub 1967-ci ildə SSRİ-nin keçirdiyi, ümumittifaq "Dəri Top" yarışında, ilk iştirakı ilə ikincilik əldə etmişdir. Klubun təsisçisi Baba Mustafayevdir.[2]
Tarixi
1965-ci ildə SSRİdə Ümumittifaq yarışları keçirilməyə başladı.[3] Bu yarışların başlamasından sonra, 1966-cı ildə Baba Mustafayevin təklifi ilə futbol klubu yaradıldı və adı "Ulduz" olaraq qeydiyyatdan keçdi.[4] Elə həmin il dünya kubokuna hazırlıq məqsədi ilə SSRİ gənclərindən ibarət yığma komanda Zaqafqaziyaya yoldaşlıq görüşlərini keçirmək məqsədiylə gəldi. Bu zaman Mingəçevir futbolçuları ciddi məşqlərə başladılar. SSRİ - Mingəçevir qarşılaşması 88-ci dəqiqədə Rafiq Kamalovun vurduğu qolla Mingəçevir klubunun qələbəsi ilə başa çatdı.[5]
1967 - "Ulduz" klubu "Sevinc" kubokunu əldə etmişdir.[6] Bunun sayəsində, klub "Dəri Top" turnirinə vəsiqə əldə etdi. Nijni Novqorodda "Ulduz" klubunun U14, U15 yaş qrupları mübarizə apardı. 5 oyun ard-arda gələn zəfərlərdən sonra, finalda Gürcüstannın "Siskari" futbol klubu ilə qarşılaşdılar. İlk hissədə qolsuz bərabərlikdən sonra, penalti zərbələrini uduzan "Ulduz", ikincilik əldə etdi. Kapitan Cavanşir Yusifov "ən yaxşı yarımmüdafiəçi" adına layiq görülmüşdür. Ona bu uğuruna görə mükafatı (İngiliscə:Albert Şesternov) təqdim etmişdir. Klubun heyətində çıxış edən Elsevər Əhmədli "çempionatın ən yaxşı müdafiəçisi" adına layiq görülmüşdür. Bu səbəblə İqor Netto hədiyyə olaraq fotoparat vermişdir.[6][7] Bu ikincilikdən sonra Cavanşir Yusifov, Qürbət Məmmədov, Elsevər Əhmədli və Yuri Romenski SSRİ-nin gənclərdən ibarət yığmasına dəvət olunmuşdur.[6] Azərbaycana qayıtdıqdan sonra Tofiq Bəhramov stadionunda keçirilən "Neftçi" klubunun oyunundan sonra "Ulduz" klubuna və baş məşqçi olan Baba Mustafayevə qiymətli hədiyyələr verilmişdir.[8]
1968 - "Ulduz" klubu "Sevinc" kubokunu 2-ci dəfə əldə etmişdir.[6] Bu yarışdan sonra da, "Ulduz" "Dəri Top" yarışı üçün UkraynanınLuqansk şəhərinə yollanmışdır. Burada da 5 dəfə gələn ard-arda qalibiyyətdən sonra məğlub olmuş, turniri 4-cü olaraq başa vurmuşdur. Yarışın əsasnaməsinə əsasən isə, klubun oyunçularına medallar təqdim edilmişdir.[8] Bununla artıq "Ulduz" klubu gümüş və bürünc medal əldə etmişdir.[9]
1969 - "Ulduz" klubu 3-cü dəfə "Sevinc" kubokunu əldə etmişdir.[6] Bu uğurdan sonra yenidən "Dəri Top" yarışları üçün Yekaterinburq vilayətinə yol düşmüşlər. Bu dəfə isə, yarışda kiçik yaş qrupları mübarizə aparmışdır. Finala qədər gedib çıxan klub, burada Ukraynanın "Vımpel" klubuna 2-0 hesabı ilə məğlub olaraq ikincilik əldə etmişdir.[10]
1970 - "Ulduz" klubu 4-cü dəfə "Sevinc" kubokunu əldə etmişdir.[6][9] Bu dövrdə isə "Dəri Top" yarışı keçirilməyib. Lakin buna baxmayaraq iştirakçılara xatirə medalları təqdim edilmişdir. Mükafatçılar sırasında "Ulduz" klubu da var idi.[9]. Ümumittifaq final yarışlarına 4 dəfə ard-arda vəsiqə əldə etməklə "Ulduz" klubu rekorda imza atmışdır.[10]
1967-ci ildə "Ulduz" klubunda 2-cilik əldə edən futbolçular:[6]