Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutu (rus.ГБУ «Уфимский научно-исследовательский институт глазных болезней Академии наук Республики Башкортостан») — Rusiya FederasiyasınınBaşqırdıstan Respublikasının paytaxtı olan Ufa şəhərində yerləşən elmi qurum. Ölkə ərazisində göz xəstəlikləri üzrə ixtisaslaşmış əsas elmi-tədqiqat müəssisəsidir. 2006-cı ildən baş direktoru Muxarram Bikbovdur[1].
İnstitutun əsası 1926-cı ildə qoyulmuşdur. Belə ki, 22 iyun1926-cı ildə Başqırd MSSR Sağlamlıq Xalq Komissarı İdarə Heyətinin iclasında 1926-1927-ci illər üçün istehsal planı təsdiqlənərkən Ufada Traxoma İnstitutunun açılması qərara alınmışdır. Sonrakı arxiv sənədlərində qeyd olunur ki, SSRİ Xalq Komissarları Sovetinin 15noyabr 1926-cı il tarixli qərarına əsasən həmin qurum Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna çevrilmişdir.
Rəhbərləri
İnstituta istedadlı tədqiqatçıların cəlb edilməsində və institutun əmək qabiliyyətli komandasının yaradılmasında müxtəlif vaxtlarda bu quruma rəhbərlik etmiş şəxslərin böyük rolu olmuşdur:
1926—1933 — Viktor Odintsov
1934—1944 — Vladimir Spasskiy
1945—1954 — Qabdulla Kudoyarov
1955—1958 — Maqrifa Tanatarova
1959—1965 — Saida Xalitova
1965—1980 — Maqsuda Kalmetyeva
1980—2005 — Marat Aznabayev
2006-cı ildən — Muxarram Bikbov
İnstitutun strukturu
İnstitutun strukturu tədqiqat və elmi-istehsalat şöbələrindən ibarətdir. Tədqiqat şöbəsində 4 elmi şöbə vardır:
kornea və lens əməliyyatı;
uşaqlarda rekonstruktiv göz əməliyyatı;
vitreoretinal və lazer cərrahiyyəsi;
gözlərin yoluxucu xəstəlikləri.
Kollektivi
Uğurları
İnstitut Rusiya Federasiyasının 75 müəllif şəhadətnaməsi və patentini almışdır.