Tərlan Poladov

Tərlan Poladov
Doğum tarixi 8 iyun 1968(1968-06-08) (56 yaş)
Fəaliyyəti cüdoçu

Tərlan Mollaçı oğlu Poladov (d.8 iyun 1968, Azərbaycan, Bakı) — sambo və cüdo güləşi üzrə beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Respublikasının "əməkdar məşqçisi"[1].

Həyatı

1968-ci il iyun ayının 8-də Azərbaycan Respublikasının Bakı şəhərində dünyaya gəlib. 1986-cı ildə 53 nomrəli orta məktəbi bitirib. 1986–1993-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışdır.

Ailəsi

Evlidir, üç övladı var.

İdman fəaliyyəti

  • Cüdo və samboda beynəlxalq dərəcəli idman ustasıdır[2].
  • SSRİ yığmasının tərkibində bir sıra yarışların qalibi və mükafatçısı olub.
  • 1992-ci ilin iyun ayının əvvəllərində Ukraynanın paytaxtı Kiyev şəhərində sambo üzrə Avropa çempionu olmuşdur[1]. (Zülfiyyə Hüseynova və Ceyhun Məmmədovla birgə)
  • 1993-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində cüdo güləşindən idman növündən Avropa ikincisi olub.
  • Hal-hazırda Azərbaycan Cüdo Federasiyasının "Regionlarda cüdonun inkişafı" sektorunun müdiridir[3].
  • 2008 Yay Paralimpiya Oyunlarında Azərbaycan cüdo yığma komandasının məşqçisi olub.

Mükafatları

  • Cüdo idman növündən xidmətlərinə görə, Azərbaycan Respublikası "Əməkdar məşqçisi" adına layiq görülüb.

İstinadlar

  1. 1 2 Azərbaycan Sambo Federasiyası[ölü keçid]
  2. İdman həyatı
  3. "Azərbaycan cüdoçuları". 2019-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-24.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!