İngiltərənin təntənəli qraflıqları
Təntənəli qraflıq (ing. ceremonial county) İngiltərədə monarx nümayəndəsi, lord-canişin (lord-leytinant) tərəfindən idarə edilən qraflığa verilən ad.
1997 ci ildən İngiltərədə 48 Təntənəli qraflıq mövcuddur[1]. Təntənəli qraflıqla inzibati qraflıq arasında fərq onun tarixi ilə əlaqəlidir. Təntənəli qraflıq termini anaxronizm olub, xəritədə və özünüidarə qanunvericiliyində 1888 ci ilə qədər mövcud olmuş tarixi qraflıqlara aid edilir.
Bütün Böyük britaniya üçün “Təntənəli qraflıq” bəzən “Leytenant ərazi(si)” (ing. Lieutenancy area) termini ilə də ifadə olunur.
“Leytenant ərazi(si)nin” inzibati və idarə olunma strukturu “Leytenantlıq Aktı 1997” (ing. Lieutenancies Act 1997) ilə nizamlanır.
Hər hansı bir inzibati ərazidə bir və bir neçə “Təntənəli qraflıq” yarana bilər: məsələn, tarixi Yorkşir qraflığı bölünərək yerində üç “Təntənəli qraflıq”: Şimali Yokşir, Qərbi Yokşir və Cənubi Yokşir yaradılmışdır. Bəzən “Təntənəli qraflıq” ərazisində mühüm əhəmiyyət kəsb edən bir şəhər “Təntənəli qraflığa” və ya “şəhər qraflığa” çevrilə bilər: məsələn, Böyük London. Bəzən də “şəhər qraflıq” daxilindəki mühüm bir inzibati ərazi “Təntənəli qraflığa” çevrilə bilir: məsələn, Qədim London (lat. Londinium) kimi tanınan tarixi mərkəz sayılan Siti Böyük Londonun daxilində yerləşsə də ayrı bir “Təntənəli qraflıq” sayılır.
İstinadlar
Xarici keçidlər