Fars dilindəki تومان (tumân) sözü, qədim türk və ya monqol dilində "on minlik" mənasına gələn түмэн (tümen) sözündən keçmişdir. Qədim monqol-tatar hərb sistemində 10 min əsgərdən ibarət ordu birləşməsinə tümən deyilmişdir.[3][4][5]
Tarix
XVII əsrdən 1927-ci ilə qədər Qacar hakimiyyəti dönəmində İran ərazində rəsmi pul vahidi tümən adlandırılmışdır[3]. Bir tümən 10 min dinara bərabər olub.
Əskinaslar İran İmperiya Bankı tərəfindən dövriyyəyə buraxılıb.
1932-ci ildə İranda pul islahatları aparılıb və tümən 1:10 nisbətində İran rialına dəyişdirilib. 2020-ci ilə qədər dövlət valyutasının adı rial olsa da, pərakəndə ticarətdə qiymətlər bir qayda olaraq tümənlə göstərilmiş və xalq arasında da pulun adı tümən olaraq qalmağa davam etmişdir. Güman edilir ki, bu, rahatlıq üçün edilmiş və hesablamalarda əlavə sıfırı atmağa imkan vermişdir.
4 May 2020-ci ildə, İran İslam Respublikasının parlamentinin müvafiq qərarına əsasən dövlətin rəsmi pul vahidi yenidən tümən adlandırılmağa başlanmışdır. Qərara əsasən, 1 tümən 10,000 riala bərabər hesab ediləcək.[6]