Turin Politexnik Universiteti (it.Politecnico di Torino) — Turin şəhərində dövlət universiteti. 1859-cu ildə əsası qoyulan İtaliyanın ən qədim texniki universiteti.[7]
Universitetdə mühəndislik, memarlıq və sənaye dizaynı üzrə təhsil verilir.[8] 2024-cü il tarixinə (QS World University Rankings) Maşınqayırma Mühəndisliyi üzrə dünya üzrə 28-ci, Neft Mühəndisliyi üzrə 22-ci, Memarlıq üzrə 21-ci yerdədir və dünyanın ən yaxşı 100 (52-ci) mühəndislik və texnologiya universiteti arasına daxildir.[9]
Turin Politexnik Universitetinin əsas kampusları, tədqiqat və tədris fəaliyyətlərinin əksəriyyəti Pyemont bölgəsindəki Turin şəhərində yerləşir.[10] Eləcə də Pyemont bölgəsinin digər dörd şəhərində və Turinin peyk şəhərciklərindədə kampuslar var. On bir şöbə və bir neçə elmi tədqiqat institutu ilə təxminən 35,000 tələbə (bakalavr və magistratura) və 1,800 işçisi (tədris, tədqiqat, dəstək və idarəetmə heyəti) var. Universitet 1859-cu ildə Mühəndislər üçün Texniki Məktəb kimi yaradılmışdır. Məktəb zaman keçdikcə tədqiqat və təhsil kurikulumunu genişləndirərək 1906-cı ildə politexnik məktəbə çevrildi. "Politecnico di Torino" "TIME", "CESAER" və "PEGASUS" daxil olmaqla bir neçə universitet federasiyalarının üzvüdür.
1859-cu ildə Kasati (qanun Təhsil Naziri Qabrio Kasatinin adını daşıyır) qanununa əsasən Mühəndislər üçün Texniki Məktəb (it.Scuola di Applicazione per gli Ingegneri) kimi təsis edilib. Universitet Turində Valentino qəsrində yerləşir.
1906-cı ildə o, Turin Kral Politexnik Universitetinə (it.Regio Politecnico di Torino) çevrildi. Çünki texniki tədqiqatlar ali təhsilin bir hissəsi kimi tanınırdı və o zaman İtaliya yeni sənaye dövrünə qədəm qoyurdu.[11]
1958-ci ilin sonunda, əvvəlcə tarixi Kastello del Valentinoda[12] yerləşən Universitetin əhatə dairəsini və imkanlarını genişləndirmək məqsədi ilə Korso Duka degli Abruzzi-də yerləşən yeni binalar kompleksi açıldı.[13] Ən yeni kampus "Mirafiori" istehsalat zavoduna bitişik ərazidə yerləşən Dizayn və Davamlı Mobillik Qalası, təmir edilmiş FIAT istehsalı zavodu və Master Məktəbinin yerləşdiyi Linqotto binasıdır.[14] "Via Oddino Morgari" küçəsində olan kampusda şəhər və landşaft ekoloji planlaşdırma kursu yerləşir.
1990-cı illərdə Alessandriya, Biella, İvrea və Mondovi şəhərlərində yeni kampuslar açıldı.[15]