Transitions Online və ya qısaca Transitions (TOL) — Çexiyada yerləşən qeyri-kommersiya təşkilatı olub keçmiş Sovetlər Birliyinin, Şərqi, Mərkəzi və Cənub-şərqi Avropanın, Baltikyanı, Qafqaz və Orta Asiyanın post-kommunist ölkələrində medianın müstəqilliyini, professionallığını və təsirini artırmaq üçün yaradılıb. Təşkilat bunu jurnalistika, media təlim proqramları və 1999-cu ildən internetdə yayımlanan Transitions Online jurnalı vasitəsilə həyata keçirir. Bu təşkilat dünyanın müxtəlif ölkələrində keçirilmiş Sosial Yeniliklər Düşərgəsi adlı tədbirlərin təşkilatçısıdır.[1]
İstinadlar
Xarici keçidlər
Həmçinin bax