Tomas Qoltz (ing. Thomas Goltz; 11 oktyabr 1954[1][2], Yaponiya – 29 iyul 2023[3], Livinqston, Montana) — Amerika tarixçisi, jurnalisti və yazıçısı.
Həyatı və yaradıcılığı
Tomas Qoltz 11 oktyabr 1954-cü ildə Yaponiyada anadan olmuşdur. O, Amerika Birləşmiş Ştatlarının Şimali Dakota ştatında böyümüş, Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirmişdir (1985).
Tomas Qoltz 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olmuşdur.[4] Bu müddət ərzində Tomas Qoltz yazdığı kitablarda "qaynar" nöqtələrdə baş verən hadisələri təsvir etmişdir. 1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabında Xocalı faciəsi, "Çeçenistan gündəliyi"ndə Birinci Çeçenistan müharibəsindən, "Gürcüstan gündəliyində" isə Gürcü-abxaz münaqişəsi haqda bəhs olunur.[4]
"Çeçenistan gündəliyi" kitabı 2003-cü ildə nəşr edilmiş, 2005-ci ildə türk dilinə tərcümə edilmişdir. "Gürcüstan gündəliyi" isə 2006-cı ildə işiq üzü görmüşdür.
O, bir çox dillərdə, o cümlədən türk, Azərbaycan, alman, rus, ərəb, fars dillərində sərbəst danışır.
2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülmüşdür.
Tomas Qoltz 28 iyul 2023-cü ildə vəfat edib.[5]
O, ABŞ-nin Montana ştatının Livinqston şəhərində yaşayırdı.
Kitabları
- Azerbaijan Diary (1998)
- Chechnya Diary (2003)
- Georgia Diary (2006)
- Assassinating Shakespeare: The True Confessions of a Bard in the Bush (2006)
Filmoqrafiya
İstinadlar
Xarici keçidlər
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
|