Tomas Ettvud (ing. Thomas Attwood; 6 oktyabr 1783[1], Heylsoven[d], Uest-Midlends[d] – 6 mart 1856[2][1], Böyük Malvern[d], Vusterşir[d]) — ingilis iqtisadçı və siyasətçi.[3]
Həyatı və fəaliyyəti
Tomas Etttvud 6 oktyabr 1783-cü ildə İngiltərənin Halesouen şəhərində dünyaya gəlmişdir. Əvvəlcə Halesouen Dil Məktəbinə getmiş, ardınca isə təhsilini Vulverhempton Dil Məktəbində davam ettirmişdir. 12 may 1806-cı ildə Elizabet Karles ilə ailə qurmuşdur.[4]
Əmək fəaliyyətinə 1800-cü ildə atasının Birminhemdəki bankında başlamışdır.[3] 1830-cu ildə Birminhem Siyasi İttifaqını yaratmışdır. Sözügedən siyasi təşkilat, Biminhem və ətrafında aktiv siyasi kampaniyalar apararaq, "İslahat Aktı"nın qəbul edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir.[5] 1832-ci ildə "İslahat Aktı"nın qəbuluna müyəssər olmuş və aktın ehtiva etdiyi seçki maddəsindən yararlanaraq Birminhemdən parlamentə seçilmişdir.
1856-cı ildə Malvern, Uorçesterşirdə vəfat etmişdir.[4]
İstinadlar