Tikanlı dəvəqıran

Tikanlı dəvəqıran
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Tikanlı dəvəqıran
Beynəlxalq elmi adı

Təbii yayılması

Aralıq dənizyanı ölkələrinin şərqində, Avropa, Qərbi Sibir, Şərqi və Cənubi Zaqafqaziya, Krım, Kiçik və Orta Asiya, İranda bitir. Midiyadan təsvir edilmişdir.

Botaniki təsviri

Güclü, dağınıq budaqlanmış, tikanlı və ya tikansız ağ budaqları olan, (25) 40-100 sm hündürlüyündə kol və ya kolcuqdur. Yaşlı budaqların qabığı qonur və ya boz, yarpaqlıdır. Yarpaqaltlığı qısa, silindrvari, aşağısı qonurumtul, yuxarısı pərdəvari, uzunluğu 5–16 mm, eni 1,5-5,5 mm, dərivarı, çılpaq, göyümsovdur. Çiçəkləri ikicinsli, al və ya al-çəhrayıdır. Çiçəkləri budaqların yuxarı hissəsində, yarpaq qoltuğundan çıxan buğumlu, uzun çiçək saplağının uc hissəsində 2-dən 6-dək topa halında yerləşir. Çiçəkyanlığının uzunluğu 4,5–8 mm, eni 5–9 mm olmaqla adətən tünd çəhrayı və ya ağ, onun xaricdəki hissələri uzunsov-yumurtavari, meyvələrdə aşağı qatlanır, bəzən möhkəm sıxılmış vəziyyətdə durur, daxildəkilər dəyirmi-ürəkvari, dikduran, fındıqcığı yastı, uzunsov-yumurtavari, sarımtıl-şabalıdı və ya açıq qonur, parlaq, uzunluğu 4–5 mm, eni (2,5) 3 (4) mm-dir. May-iyun aylarında çiçəkləyir, meyvəsi VI-VIII aylarda yetişir.

Ekologiyası

Quru və xüsusilə daşlı torpaqlarda, günəşli yerlərdə daha yaxşı bitir.

Azərbaycanda yayılması

Böyük Qafqaz (Quba), Qobustan, Abşeron, Kür və Naxçıvan düzənliyindən başlayaraq orta dağ qurşağına qədər yayılmışdır.

İstifadəsi

Dekorativ bitkidir, xüsusilə göyümsov yarpaqlı formaları quraqlıq rayonlarda canlı çəpər bitkisi kimi, daşlı sahələrdə istifadə edilə bilər. Quraqlıq rayonlar üçün kserofit, dekorativ kollardır. Səhra cəngəlliklərində dəvə və keçilər üçün yem bitkisidir.

Ədəbiyyat

  • Деревья и кустарники. СССР. т. 2. 1951;
  • Флора Азербайджана т.2. 1952;
  • Azərbaycanın ağac və kolları. II cild. 1964;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl kitabları”na tövsiyə olunan bitki və bit¬ki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.
  • Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.

İstinadlar

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 333.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!