The Liberator

Qəzetin saylarından birinin üz qabığı.

The Liberator - 1831-ci ildə Uilyam Lloyd Qarrison tərəfindən qurulan quldarlıq əleyhinə olan qəzetdir.[1]

Yaradılması

Qarrison The Liberatoru 1 yanvar 1831-ci il tarixindən başlayaraq ən son nəşr etdirdiyi tarix olan 1 yanvar 1866-cı ilə qədər, yəni 35 il boyunca həftəlik olaraq yayımlamışdır.

Fəaliyyəti

Oxucularının böyük əksəriyyəti afro-amerikalılardan ibarət olan qəzetin 3 minlik tirajı olmasına baxmayaraq ABŞ-də "hər cürə quldarlığın dərhal və tamamən qaldırılmasını" heç bir güzəştə getmədən müdafiə etdiyinə görə ölkə miqyasında etibar qazanmışdı. Qarrison qəzetin mövqeyini ilk sayda "Xalqımıza" başlığı ilə yayımladığı məşhur açıq məktubunda bildirmişdi.

The Liberator müxtəlif əyalətlərdə sərt məhdudiyyətlərlə qarşılaşdı. Məsələn Cənubi Karolinada qəzeti paylayanlar 1,500 $ (2005-ci il ölçülərinə görə $25,957.20 )cəzaya məruz qalırdı.[2]

Nəşrin dayandırılması

The Liberator Amerika Vətəndaş müharibəsinin sonuna qədər 30 il qəzeti nəşr etdirildi. 1865-ci ilin sonunda 13 əlavə maddə qanunu ilə ABŞ-də köləlik ləğv edildi. Bundan sonra Qarrison qəzetdə sonuncu vəda yazısı nəşr etdirərək, qəzetin fəaliyyətini dayandırdı.

İstinadlar

  1. "The Liberator". 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.
  2. "the black slavery of the southern states". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-18.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!