Texnion – İsrail Texnoloji İnstitutu (ivr. הטכניון - מכון טכנולוגי לישראל) — İsrailinHayfa şəhərində universitet. İsrailin ən qədim və nüfuzlu universitetlərindən biri. Texnion dünya universitetlərinin və mühəndis məktəblərinin reytinqində yüksək yerlərdən birini tutur[3][4].
Texnionun ilk binasının inşası 1913-cü ildə başlayıb, universitet 1924-cü ildə açılıb. Binanın memarı Aleksandr Bervalddır. Bina Hayfada karmel dağının ətəyində yerləşir. İlk açılışında yeganə fakültəsi mülki tikinti fakültəsi olub. Rəsmi tədris dili ivrit dilidir. Universitetin açılışında müəllimlərin əksəriyyəti Mərkəzi Avropadan olduqlarına görə, tədris dili kimi alman dili də təklif edilirdi.
İxtisaslar və ixtisaslaşmalar
Mülki tikinti
Mülki tikinti – bina
Mülki tikinti – idarəetmə və tikinti
Mülki tikinti – nəqliyyat
Mülki tikinti — ətraf mühit və su ehtiyatları
Kartoqrafiya və geoinformasiya
Maşınqayırma
Elektrotexnika
Kompüter texnologiyaları
Kompüter texnologiyaları və proqram təminatı
Biokimyəvi texnologiya
Kimyəvi texnologiya
Kənd təsərrüfatı
Avasiya maşınqayırma
Sənaye və biznesin iadrə edilməsi
Riyaziyyat
Tətbiqi riyaziyyat
Riyaziyyat və informatika
Statistikalı və əməliyyatların tədqiqinin riyaziyyatı