Teo van Dusburq (30 avqust 1883[1][2][…] – 7 mart 1931[1][2][…], Davos, Qraubünden kantonu[3][4]) – holland rəssamı, memar və dizayner.
1899-cu ildə naturalizm üslubunda rəngkarlıq əsərləri yaratmağa başlamışdır. Karikaturalar çəkmişdir. 1908-10-cu illərdə G.H.Breytner manerasında impressionist peyzajlar və portretlər işləmişdir. 1916-19-cu illərdə Vasili Kandinski və Piet Mondrianın təsirilə abstrakt əsərlər yaratmışdır. 1917-ci ildən “De Stijl”, 1922-23-cü illərdə dadaistlərin “Mecano” jurnallarını nəşr etdirmişdir. 1921-22-ci illərdə Veymarda Bauhauzda seminar aparmışdır.
İstinadlar