Taymır körfəzi — Kara dənizində, Taymır yarımadasının dəniz sahili mərkəzi hissəsində yerləşir. Taymır estuarisi körfəzin şərqində yerləşir və Taymır çayının körfəzə töküldüyü ərazidə yaranmışdır. Taymır çayı öz başlanğıcını Taymır gölündən götürür. Körfəzin qərbində çoxlu sayda adalar vardır. Onlardan ən iriləri Taymır və Pilot Maxotkin adalarıdır.
Körfəzin uzunluğu 40 km, eni isə 80 km, dərinliyi 16 m təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur.
Körfzin daxilində 1937 ildən 2005-ci ilə qədər Rastorquyev adlandırılan ada hazırda Kolçak adası adlsndırılır. Körfəzin şimalında Nordenşeld arxipelaqı yerləşir. Körfəzin cənub-şərqində Şturman yarımadası vardır.
Ərazi inzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir.
İqlim, Fauna və Flora
Körfəzin iqlimi olduqca sərtdir. Sahilləri və daxilində yerləşən adalarda arktik tundra yayılmışdır. İlin 9 ayı buzla örtülü olur. Hətta elə bölgəlıri vardır ki, il boyu buzla örtülür. Faunası Taymırın tipik canlıları yayılmışdır. Burada Lemminq, Qütb tülküsü, Şimal maralı yayılmışdır. Körfəzin sularında isə Salvelinus alpinus, Siqi, Muksun, Thymallus və Omul kimi balıqlar yayılmışdır.
Taymır körfəzinin böyük hhissəsi Böyük Arktik qoruğunun ərazisində yerləşir.
Adaları
Taymır körfəzində çoxlu sayda ada vardır:
- Çelyuskin adası — estuarinin başlanğıcında birinci adadır. Ada qütb araşdırmaçısı Semyon Çelyuskinin şərəfinə adlandırılmışdır (1741-ci ildə burda olması şərəfinə).
- Berа — 3,5 km uzunluğa malik ada. Körfəzin mərkəzində Kara dənizindən 13 mk aralıda yerləşir. Ada məşhur bioloq Karl Ernest fon Berin şərəfinə adlandırılıb. Onun 1930-ci ildə təşkil etdiyi artika səfəri şərəfinə adlandırılıb.
- Nanosnıye adaları — 4 kiçik adalardan ibarətdir, onlardan ən irisinin uzunluğu 5 km, eni isə 2 km təşkil edir. Ertuarinin korfəzə çıxdığı yerdə yerləşir.
- Fomin adası — uzunluğu 11,5 km, eni 3,7 km olan adadır. Taymırı araşdıran Nikifor Fominin şərəfinə adlandırılıb.
Araşdırılma tarixi
Taymır körfəzi Böyük Şimal ekspedisiyası zamanı 1740-ci ildə Nikifora Fomin körfəzdə yerləşən Bera adasında qışlamışdır. 1741-ci ildə Xariton Laptev və Çelyuskin körfəzin sahillərindən keçmişdir. Taymır estuarisini və orada yerləşən adalarını 1842—1845 illərdə Aleksandr Fedoroviç Middenford araşdırmışdır.
Eduard Toll[1] Rusiya qütb ekspedisiyası çərçivəsində 1900-1902 illərdə Taymır körfəzində araşdırmalar aparmışdır. O, Middendirun təsvir etdiyi Bera adasında olur və burada Fominin qışlama yerini aşkarlayır.
Mənbə
İstinadlar
- ↑ William Barr (Arctic historian), Baron Eduard von Toll's Last Expedition: The Russian Polar Expedition, 1900-1903