Tatami (yapon zirehi)

Edo dövrünə aid karuta tatami do gusoku. Yüngülçəkili bu tatami zirehi kiçik kvadratşəkilli və ya düzbücaqşəkilli karuta adlı zireh lövhəciklərindən hazırlanmışdır. Karutalar adətən bir-biriləri ilə bağlı olur və zəncirlərdən ibarət zireh əmələ gətirir (Met muzeyi, Nyu York).

Tatami (畳胴具足?) və ya tatami gusoku (畳む, "Tatami" - "qatlamaq", "gusoku" - "zireh"?) — feodal Yaponiya dövründə samuray zümrəsinə daxil olan şəxslərin və onların əsgərləri olan aşiqarular tərəfindən istifadə olunmuş yüngül büküləbilən zireh.[1] Tatami do (bükülən zireh) və ya tatami katabira (zirehli jaket) tatami zirehi komplektinin əsas komponentləri idi.[2]

Quruluşu

Tatami gusoku (bükülən zirehin tam komplekti) tatami do və ya tatami katabiradan (jaket), tatami kabuto (kask), çoçin kabuto, tatami zukin (başlıq) və ya başqa növ baş qoruyucularından və yapon zirehlərinə xas olan digər hissələrdən ibarətdir.[3] Söküləbilən haçi gane kimi qoruyucu başlıq və ənənəvi kabuto da tatami gusokunun hissələridir.[4]

Tatami zirehi yüngül, portativ, daşınma üçün rahatdır, aşiqarular üçün hazırlanması ucuz başa gəlir.[5] Tatami zirehi ən aşağı sinfə mənsub olan samuraylardan tutmuş ən yüksək sinfə mənsub olan samuraylara qədər bütün samuraylar tərəfindən geyinilmişdir. Lakin yüksək sinfə mənsub samuraylar bu zirehin daha inkişaf etdirilmiş versiyasını geyindikləri halda, aşağı sinfə mənsub olan samuraylar və xidmətçilər daha sadə versiyasından istifadə etmişdirlər.[6]

"Samurayın silahı və zirehi: Qədim Yaponiyada silahların tarixi" kitabında İan Bottomley karuta tatami dokaruta tatami kabuto (88-ci səhifə) haqqında məlumat vermiş,[7] kitabın 91-ci səhifəsində tatami do karuta gane dokikko gane donun növlərini müzakirə etmişdir. Corc Kameron "Konstruksiya, dekorasiya lüğəti və silah ilə zirehin istifadəsi" adlı kitabının 606-cı səhifəsində kikko tatami zirehini göstərmişdir.[4]

Növləri

Karuta tatami zirehi

  • [[Karuta (yapon zirehi)|Karuta]][8] kiçik dördbucaqlı və kvadrat dəmir (bəzən dəri) lövhəciklərdir və arxadan parçaya tikilir.[9]

Kikko tatami zirehi

  • [[Kikko (yapon zirehi)|Kikko]] kiçik altıbucaqlı dəmir və ya dəri lövhəciklərdir və arxadan parçaya tikilir.[1] Adətən kusari ilə bir-birinə birləşir.[2]

Kusari tatami zirehi

  • [[Kusari (yapon zirehi)|Kusari]] zəncirli zirehdir, adətən geyimin arxasındakı parçaya və dəriyə tikilir.[10][11]

İstinadlar

  1. 1 2 The samurai: warriors of medieval Japan, 940-1600, Anthony J. Bryant, Angus McBride, Osprey Publishing p.63[ölü keçid]
  2. 1 2 "Arms and armor of the samurai: the history of weaponry in ancient Japan, Ian Bottomley, Anthony Hopson, Crescent Books, 1993 p.88,91,92". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-02.
  3. Samurai: The Code of the Warrior, Thomas Louis, Tommy Ito, Sterling Publishing Company, Inc., 2008 p.98
  4. 1 2 A glossary of the construction, decoration, and use of arms and armor by George Cameron, p.606
  5. Samurai 1550–1600 by Anthony J. Bryant, Angus McBride, p.59[ölü keçid]
  6. The samurai: warriors of medieval Japan, 940–1600, Anthony J. Bryant, Angus McBride, Osprey Publishing p.63[ölü keçid]
  7. Ian Bottomley & A.P. Hopson. Arms and Armor of the Samurai: The History of Weaponry in Ancient Japan pp.88 & 91
  8. Samurai 1550-1600 by Anthony J. Bryant, Angus McBride, p.59[ölü keçid]
  9. Warriors of Medieval Japan, Stephen Turnbull, Osprey Publishing, 2007 p.138[ölü keçid]
  10. The Encyclopedia Americana: a library of universal knowledge, Volume 15, Encyclopedia Americana Corp., 1919 p.742-744
  11. Helmets and body armor in modern warfare, Bashford Dean, Metropolitan Museum of Art (New York, N.Y.), Yale University Press, 1920 p172

Xarici keçidlər

{{Yapon silah, zireh və alətləri}}

ləri]] [[Kateqoriya:Samuray zireh

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!