Tanrının dili — Amerikalı bioloq Frensis Kollinsin bestseller kitabı.
Kitab
Adətən inancı qeyri-müəyyənlikdə, elmi də insanı maddi tərəfindən başqa, heç bir mənası olmayan həyatla məhdudlaşdırmaqda ittiham edirlər. Beləliklə, iki əks qütb kimi təqdim olunan elm və mənəviyyat arasında barışmaz "müharibə" yaranır.
“Tanrının dili” kitabında elm və din arasındakı düşmənçiliyin yorğun stereotiplərini inkar edən Frensis Kollins oxucularını həm inancı, həm də rasionallığı əhatə edən biliyin vəhdətini tapmağa çağırır.
Həm inanclı, həm aqnostik, həm də ateist üçün yazılmış bu kitab sübut edir ki, ağrı və əzabların ortasında qərar tapmış insan, məntiqi addımlardan yayınmadan iman gücünə istinad etməklə sıxıntılardan qurtula bilər. Kollinsin inanc yolundakı şübhələrlə mübarizədən bəhs edən şəxsi hekayəsi də xüsusi maraq doğurur.
Bizi əhatə edən dünyaya baxışımızı formalaşdıracaq çoxsaylı yaradılış möcüzələri ilə tanış olmaq istəyirsinizsə, bu kitab mükəmməl seçimdir.
Müəllif
Amerikanın tanınmış genetika alimi, fəlsəfə doktoru Frensis Kollins ˝Tanrının dili˝ əsərində bütün subyektiv yanaşmaları bir kənara qoyaraq ˝bir alim inanclı ola bilərmi?˝ və ya ˝inanclı insanın elmi qəbul etməsi etiqadı ilə ziddiyyət təşkil edirmi?˝ suallarına səmimiyyətlə cavab verməyə çalışır.
ABŞ Milli Səhiyyə İnstitutlarının rəhbəri, Amerikanın iki ən yüksək təltifindən biri olan Prezident Azadlıq medalı, Templeton mükafatı da daxil olmaqla bir çox medal və mükafatların, fəxri adların sahibi, dəyərli elmi əsərlərin müəllifindən elm və inancın sazişi barəsində əsər, sözsüz ki, xüsusi çəkiyə sahibdir.
Əsərin daha bir özəlliyi müəllifin uzun və keşməkeşli yollar qət etdikdən sonra bu kitabı qələmə almasıdır. Uzun illər özünü bütünlüklə elmə həsr etmiş və heç bir etiqadı qəbul etməyən Frensis Kollins məhz elm sahəsində dərin araşdırmalar apardıqdan sonra inancla elmin bir-birini təkzib deyil, əksinə, təsdiq etməsi qənaətinə gəlir.
“Tanrının dili” kitabı dünyanın aparıcı alimlərindən birinin öz inancı barədə güclü və təsirli bir etirafıdır. Sahilin hər iki tərəfində dayanmış biri kimi Frensis Kollinsin çoxcəhətli, maraqlı təhlilləri oxucuları düşünməyə vadar edəcək.
Tərcümə
Kitab 2021-ci ildə Azərbaycan dilinə tərcümə edilmiş, Qədim Qala nəşriyyatında 248 səhifədə, 60/84 ölçüsündə nəşr edilib.[1]
Həmçinin bax
İstinadlar
Xarici keçidlər