Tahirə Məmməd

Tahirə Məmməd
Tahirə Qəşəm qızı Məmməd
Doğum tarixi (64 yaş)
Doğum yeri Vayxır, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi ədəbiyyat nəzəriyyəsi
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yeri AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Mükafatları Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Tahirə Məmməd (Tahirə Qəşəm qızı Məmməd;27 iyun 1960, Vayxır, Naxçıvan rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri.

Həyatı

Tahirə Məmməd Naxçıvan MR-nın Babək rayonu Vayxır kəndində ziyalı ailəsində anadan olmuşdur. 1976-1980-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə müəllim kimi başlamışdır. 1983-86-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1986-cı ildən Ədəbiyyat nəzəriyyəsi şöbəsində təyinatla gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlamış və həmin şöbədə müxtəlif elmi vəzifələr tutmaqla 2012-ci ildə seçki yolu ilə şöbə müdiri seçilmişdir[1].

Fəaliyyəti

Elmi fəaliyyəti

Tahirə Məmməd 1989-cu ildə filologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə filologiya üzrə elmlər doktoru dərəcəsi almışdır. Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2008-ci ildə dosent, 2011-ci ildə professor elmi adına layiq görülmüşdü. Fəlsəfə doktorluğu dissertasiyası "Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü", elmlər doktorluğu dissertasiyası "XX əsr Azərbaycan dramaturgiyasının poetikası (Hüseyn Cavid, Cəlil MəmmədquluzadəCəfər Cabbarlının dramaturgiyası əsasında)" mövzusundadır. Tahirə Məmməd Azərbaycanda Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə ilk qadın elmlər doktorudur[2].

Pedaqoji fəaliyyəti

Tahirə Məmməd elmi araşdırmalarla yanaşı pedoqoji fəaliyyətlə də məşğuldur. Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının professorudur[3]. Ali məktəblər üçün müxtəlif adlarda dərslik, dərs vəsaiti və proqramların müəllifidir. Tahirə Məmməd Bakı SLavyan Universitetində uzun müddət Türk ədəbiyyatı tarixi fənnini tədris etmiş və həmin fənn üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamı ilə çap olunmuş dərs proqramının (2008) və dərs vəsaitinin (2010) müəllifidir.

Yaradıcılığı

Elmi yaradıcılığının əsas istiqamətləri

Professor Tahirə Məmmədin araşdırdığı problemlər az öyrənilməsi və aktuallığı ilə diqqəti cəlb edir. Tədqiqatlarının əsas istiqaməti ənənəvi poetik strukturların yeni dövr və müasir ədəbiyyatda təzahür xüsusiyyətləri üzrədir. XX əsrin başlanğıcı Azərbaycan ədəbiyyatında metod qarışıqlığı probleminin əsaslandırılması, Azərbaycan dramaturgiyasının poetikasının milli özünəməxsusluğunun və dramatik növdə sufizmlə bağlı element və motivlərin davamının müqayisələrlə müəyyənlişdirilməsi, ədəbiyyatda neosufizm konsepsiyası alimin əsas elmi nailiyyətlərindəndir [4] Araşdırdığı mövzular üzrə Beynəlxalq və Respublika konfranslarında maraqlı məruzələrlə çıxış etmişdir. Nüfuzlu elmi dərgilərdə məqalələri çap olunmuşdur. 10 kitab müəllifidir (biri həmmüəlliflə, biri kollektiv monoqrafiya olmaqla). 160-dan yuxarı məqaləsi var. Məqalələri Respublikadan kənarda da elmi ictimaiyyətə təqdim olunmuş, ABŞ, Hollandiya, Rusiya, Türkiyə, İran, Özbəkistan, QırğızıstanGürcüstanın nüfuzlu nəşrlərində çap edilmişdir. Kitablarından biri Gürcüstan Parlamentinin "İsskustvo" nəşriyyatında çap olunmuş biri isə (həmmüəliflə olan)) Moskva Dövlət Linqvistik Universitetinin sifarişi ilə yazılmış və hazırda həmin Universitetdə elektron dərslik kimi tədris olunmaqdadır[5].

Nailiyyətləri

Tahirə Məmməd elmi əhəmiyyətli bir sıra layihələrin yerinə yetirilməsində rəhbər və iştirakçı kimi yer almışdır. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun Əsas qrant layihəsi müsabiqəsinin nəticələrinə görə "Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri" mövzusunda təqdim etdiyi layihə ilə qalib elan olunmuş, pilot layihəsi kimi dəyərləndirilmiş və layihənin elmi nəticələri ikicildlik kitab halında çap edilmişdir[6]. Rəhbəri olduğu layihə üzrə 4 kitab, 30-a yaxın məqalə çap olunaraq elmi ictimaiyyətə çatdırılmışdır [7]. Elmi ictimaiyyətdə yüksək reytinqi olan "Poetika.izm" jurnalının baş redaktorunun müavini (baş redaktor akademik İsa Həbibbəyli, TDK "Türk dünyası" jurnalının idarə heyətinin üzvü[8], "Türük" jurnalının jürisidir. "Şah İsmayıl Xətai", "Cəfər Cabbarlı" komissiyalarının, "Turan Cavid Qadın ictimai birliyi"nin üzvü kimi də fəaliyyət göstərir. Elmi rəhbəri olduğu onlarla doktorant uğurla dissertasiya müdafiə edrək müvafuq dərəcələrdə diplom almış və ya müafiə ərəfəsindədirlər. Çox sayda elmlər və fəlsəfə doktorluğu dissertasiyalarının rəsmi opponenti olmuşdur. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, Dissertasiya şurası sədrinin müavini, Yeni dövr Azərbaycan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi üzrə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının da sədr müavinidir.

Mükafatları

Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi ilə əlaqədar İnstitut tarixində xidmətlərinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı, Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinin hazırlanmasında fəal və səmərəli fəaliyyəinə görə isə Nizami adına Ədəbiyyat İnstitutunun Təşəkkürü (şəxsi işinə yazılmaqla) ilə təltif edilmişdir. 2016-cı ilin elmi hesabatına əsasən ədəbiyyatşünaslıq sahəsində fəaliyyəti nəzərə alınaraq AMEA Nizami adına Ədəbiyyat İnstututunun müəyyənlədirdiyi nominasiyaya əsasən Elmi Şuranın qərarı ilə "İlin alimi" adına layiq görülmüşdür. Bunlarla yanaşı, BP və C.Cabbarlının ev muzeyinin fəxri diplomu, Kazım Qarabəkir forumunun fəxri üzvlüyü, medalı, plaketi, Türkiyədə Azərbaycan Kültür evinin qızıl döş nişanı və b.kimi təltiflərə layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" mükafatı ilə təltif edilmişdi.

Tahirə Məmməd hal-hazırda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir, elmi aktuallığı və yeniliyi ilə diqqət cəlb edən mövzularda təqdiqatlar aparır.

Elmi əsərləri

  • XX əsr Azərbaycan dramaturgiyasının poetikası. Monoqrafiya, Bakı, Elm, 1999, 208 s.
  • Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü. Namizədlik dissertasiyası, Balı, 1989, 145 s.
  • Азербайджанская национальная драматургия. Монография. Тбилиси, Исскусство, 2001, 248 с.
  • Azərbaycan ədəbiyyatı (rus dilində, fil.e.d., prof Rəhilə Qeybullayeva ilə birlikdə. Dərslik-elektron kitab, Moskva Dövlət Linqvistik Universiteti, 2009, 175 s.
  • XIX əsr Azərbaycan ədəbiyyatı (dərslik). I hissə. Bakı: "Apostrof" Çap evi, 2010, 162 s.
  • Osmanlı şairlərinin yaradıcılığında Azərbaycan ədəbiyyatı ənənələri. Metodiki vəsait. Bakı, Mütərcim, 2010, 40 s.
  • Neosufizm: yaradıcılıq və nəzəriyyə. Monoqrfaiya, Bakı, Xan nəşriyyatı, 2016, 120 s.
  • Ədəbiyyat müasir elmi yanaşmalar kontekstində (seçilmiş məqalələr). Bakı, Xan nəşriyyatı, 2016, 410 s.
  • Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri, I cild, Bakı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2018, 360 s.
  • Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri, II cild, Bakı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 2018, 400 s.
  • Ədəbiyyat və incəsənət: milli kimlik və mənəvi zənginlik (Kollektiv monoqrafiya), Bakı, Elm və Təhsil, 2019, 304 s.

İstinadlar

  1. "Ədəbiyyat İnstitutunun elmlər doktorları" (az.). 2020-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  2. "Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası" (az.). 2020-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  3. "Azərbaycan ədəbiyyatı kafedrası" (az.). https://bsu-uni.edu.az/. 2020-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  4. Məhəmmədəli Mustafa. "Ədəbiyyat tariximizə yeni elmi baxış" (az.). www.anl.az. 2013-01-25. 2020-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  5. Pərvanə Bəkirqızı. ""Şəxsin görünür rütbeyi-əqli əsərindən"…(Professor Tahirə Məmməd - 60)" (az.). literature.az. 2017-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  6. ""Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri" kitabı EİF tərəfindən nəşr olunub" (az.). www.sdf.gov.az. 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
  7. "2013-cü ilin əsas qrant müsabiqəsi (EİF-2013-9(15)) şərçivəsində yetirilmiş layihə üzrə nəşrlər" (PDF) (az.). www.sdf.gov.az. 2020-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-07-28.
  8. "Türk dünyası dergisi" (türk). 2020-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28./

Read other articles:

Swedish rap metal band This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Clawfinger – news · newspapers · books · scholar · JSTOR (August 2008) (Learn how and when to remove this template message) ClawfingerFrom left to right: André Skaug, Zak Tell, Micke Dahlénn, Jocke Skog and Bård TorstensenBackground in...

 

KT WizKT 위즈 Team logo Cap insignia InformationLeagueKBO League (2015–present)LocationSuwonBallparkSuwon Baseball Stadium (2015–present)Year establishedJanuary 2013; 10 years ago (2013-01)League championships2021Korean Series championships2021ColorsBlack, red and white     OwnershipKTManagerLee Kang-chulWebsitewww.ktwiz.co.kr KT Sports Baseball Basketball Esports Shooting Field Hockey Sports The KT Wiz (Korean: KT 위즈) are a South Korean profess...

 

2005 film by Seiji Mizushima Fullmetal Alchemist the Movie:Conqueror of ShamballaTheatrical release posterKanji劇場版 鋼の錬金術師 シャンバラを征く者Revised HepburnGekijōban Hagane no Renkinjutsushi: Shanbara o Yuku Mono Directed bySeiji MizushimaScreenplay byShō AikawaStory byShō AikawaBased onFullmetal Alchemistby Hiromu ArakawaProduced by Masahiko Minami Hirō Maruyama Ryo Ōyama Nobuyuki Kurashige Tsuyoshi Yoshida Arimasa Okada Yukio Yoshimura Kenji Komatsu Haruhito Y...

Artikel ini tidak memiliki referensi atau sumber tepercaya sehingga isinya tidak bisa dipastikan. Tolong bantu perbaiki artikel ini dengan menambahkan referensi yang layak. Tulisan tanpa sumber dapat dipertanyakan dan dihapus sewaktu-waktu.Cari sumber: Genting Gerbang, Silih Nara, Aceh Tengah – berita · surat kabar · buku · cendekiawan · JSTOR Genting GerbangKampungNegara IndonesiaProvinsiAcehKabupatenAceh TengahKecamatanSilih NaraKodepos24569[...

 

Dalam Geometri, semiperimeter dari sebuah bangun poligon adalah setengah dari keliling. Umumnya semiperimeter muncul dalam rumus untuk segitiga dan bentuk lainnya dengan nama yang lain. Semiperimeter dinotasikan dengan huruf s. Segitiga Dalam segitiga, jarak antara sisi segitiga dan vertex menuju titik yang berlawanan dengan sudut yang berhadapan tersentuh dengan lingkar luar sama dengan semiperimeter. Pada semiperimeter umumnya untuk segitiga rumusnya adalah sebagai berikut dengan sisi segit...

 

Russian weapons manufacturer Imperial Tula Arms PlantTula Arms PlantNative nameИмператорский Тульский оружейный заводTypePublic limited companyIndustryArms industryFounded1712; 311 years ago (1712)FounderPeter the GreatHeadquartersTula, Tula Oblast, RussiaKey peopleSergey Pariyskiy (CEO)[1]Productsammunition, Firearms, autocannons, ATGMs, grenade launchersRevenue$122 million[2] (2017)Operating income$13.9 mill...

For a monarch or approved by the monarch For funerals paid for by the British state commonly known as pauper's funerals or welfare funerals, see Public health funeral. For funerals under the English Poor Laws, see Pauper's funeral. This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article's tone or style may not reflect the encyclopedic tone used on Wikipedia. See Wikipedia's guide to ...

 

MyNetworkTV affiliate in Bryan, Texas KYLE redirects here. For other uses, see Kyle (disambiguation). Not to be confused with WYLE (TV). For the public broadcaster in Finland, see Yle. KYLE-TVBryan–College Station/Waco/Temple, TexasUnited StatesCityBryan, TexasChannelsDigital: 29 (UHF)Virtual: 28BrandingMy28 KYLEProgrammingAffiliations28.1: MyNetworkTV (secondary 2006–2015)28.2: Fox28.3: Antenna TV28.4: LaffOwnershipOwnerNexstar Media Group(Nexstar Media Inc.)Sister stationsKWKT-TVHistory...

 

For related races, see 1998 United States gubernatorial elections. 1998 Georgia gubernatorial election ← 1994 November 3, 1998 2002 →   Nominee Roy Barnes Guy Millner Party Democratic Republican Popular vote 941,076 790,201 Percentage 52.5% 44.1% County resultsBarnes:      40-50%      50–60%      60–70%      70–80%      80–90%Mill...

STKIP YPUP MakassarSekolah Tinggi Keguruan dan Ilmu Pendidikan Yayasan Pendidikan Ujung PandangJenisSekolah TinggiDidirikan1974RektorDr.Iriany Kesuma Wijaya M. PdLokasiMakassar, Sulawesi Selatan, IndonesiaNama julukanKampus Keguruan Favorit di MakassarSitus webstkip-ypup.ac.id Sekolah Tinggi Keguruan dan Ilmu Pendidikan Yayasan Pendidikan Ujung Pandang atau disingkat STKIP YPUP Makassar adalah salah satu perguruan tinggi keguruan di Makassar, Sulawesi Selatan. Program Studi Pendidikan Matemat...

 

For the 1938 film of the same name, see Lily of Laguna (film). Sheet music cover Lily of Laguna is a British coon song written in eye dialect. It was written in 1896 by English composer Leslie Stuart. It was a music hall favourite, performed notably by blackface performers such as Eugene Stratton and G. H. Elliott. In the early 1940s Ted Fio Rito wrote the tune of a new verse and Paul Francis Webster wrote fresh lyrics[1] and it was stripped of its overtly racist lyrics to become a pu...

 

Shopping center in Eatontown, New Jersey Monmouth MallThe 1987–2010 logo at Monmouth MallLocationEatontown, New Jersey, U.S.Coordinates40°17′13″N 74°03′20″W / 40.287°N 74.0556°W / 40.287; -74.0556Opening dateMarch 1, 1960; 63 years ago (March 1, 1960)[1]DeveloperMassachusetts Mutual Life[1]ManagementWestminster ManagementOwnerKushner CompaniesNo. of stores and services150No. of anchor tenants4Total retail floor area1,500,0...

Scottish TV series or programme Raven: The IslandGenreChildren'sGame ShowStarringJames MackenzieLindsay McKenzieMichael MacKenzieVoices ofJo JamesTheme music composerDavid BrockettCountry of originScotlandOriginal languageEnglishNo. of seasons1No. of episodes20ProductionProduction locationScotlandOriginal releaseNetworkBBCRelease2006 (2006) Raven: The Island is a BBC Scotland children's adventure game show, and the first spin-off to the main series, Raven. It comprises one series, i...

 

American actress (born 1962) This biography of a living person needs additional citations for verification. Please help by adding reliable sources. Contentious material about living persons that is unsourced or poorly sourced must be removed immediately from the article and its talk page, especially if potentially libelous.Find sources: Jennifer Rubin actress – news · newspapers · books · scholar · JSTOR (August 2023) (Learn how and when to remove...

 

Washing powder brand by Unilever Surf ExcelProduct typeLaundry detergentOwnerUnileverProduced byHindustan UnileverUnilever Sri Lanka[1]Introduced1996; 27 years ago (1996)Related brandsOMO, Breeze, SkipMarketsSouth Asia except Nepal Surf Excel is a Unilever brand that is currently as the counterpart brand of OMO detergent in the India, Pakistan, Bangladesh and Sri Lanka markets. References ^ Surf Excel Matic Liquid from Unilever SL. Daily News. Retrieved 2021-04-...

2011 studio album by Morning Musume12, SmartStudio album by Morning MusumeReleasedOctober 12, 2011Recorded2011GenreJ-popelectropopdance-popLabelZetimaProducerTsunkuMorning Musume chronology Fantasy! Jūichi(2010) 12, Smart(2011) 13 Colorful Character(2012) Singles from 12, Smart Maji Desu ka Ska!Released: April 6, 2011 Only YouReleased: June 15, 2011 Kono Chikyū no Heiwa o Honki de Negatterun Da yo! / Kare to Issho ni Omise ga Shitai!Released: September 14, 2011 12, Smart (12,スマ...

 

1989 single by Kate Ceberano Bedroom EyesSingle by Kate Ceberanofrom the album Brave B-sideKate's BluesReleased17 April 1989 (1989-04-17)StudioRak (London, England)Length3:55LabelRegular, FestivalSongwriter(s)Raymond Jones, Sam McKinneyProducer(s)Nick Launay, Raymond JonesKate Ceberano singles chronology Guilty (Through Neglect) (1988) Bedroom Eyes (1989) Love Dimension (1989) Bedroom Eyes is a song by Australian singer Kate Ceberano. It was released as the first single from he...

 

Peta infrastruktur dan tata guna lahan di Komune Le Palais-sur-Vienne.  = Kawasan perkotaan  = Lahan subur  = Padang rumput  = Lahan pertanaman campuran  = Hutan  = Vegetasi perdu  = Lahan basah  = Anak sungaiLe Palais-sur-Vienne merupakan sebuah komune di departemen Haute-Vienne di Prancis. Lihat pula Komune di departemen Haute-Vienne Referensi INSEE lbsKomune di departemen Haute-Vienne Aixe-sur-Vienne Ambazac Arnac-la-Poste Augne Aureil Azat-le-Ris Ba...

Railway station in Yakage, Okayama Prefecture, Japan Yakage Station矢掛駅Yakage Station, September 2007General informationLocationYakage, Yakage-chō, Oda-gun, Okayama-ken 714-1201JapanCoordinates34°36′21.74″N 133°32′34.08″E / 34.6060389°N 133.5428000°E / 34.6060389; 133.5428000Operated by Ibara Railway CompanyLine(s)■ Ibara LineDistance18.2 km (11.3 mi) from SōjaPlatforms1 island platformTracks2Other informationStatusStaffedWebsiteOfficial ...

 

ဤ ဆောင်းပါးသည် မည်သည့် ကျမ်းညွှန်း (သို့) အကိုးအကား ကိုမှ ရည်ညွှန်းထားခြင်းမရှိပေ။ ကျေးဇူးပြုပြီး စိတ်ချယုံကြည်နိုင်လောက်သော အချက်အလက်ရင်းမြစ် များကို ကိုးကားရည်ညွှန်း၍ ဤဆောင်...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!