T-34

T-34
Şəkil
Tarixi
İstehsalçı Uralvagonzavod
Buraxılış sayı, əd. 84.170
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

T-3419401958-ci illər arasında istehsal edilən SSRİ orta tankıdır. Çox ekspertlərə görə T-34 tankları İkinci Dünya müharibəsinin ən yaxşı tankıdır. T-34 dövrünün tank dizaynını tamamilə dəyişdirtdirmişdir, ondan sonrakı bütün tanklar da T-34-lərin dizaynından istifadə olunmuşdur. Şərq cəbhəsində Alman Ordusu bu tank qarşısında çarəsiz qalmışdır. TigerPanther tanklarının istehsalı ilə T-34 müharibədəki üstünlüyünü itirsədə, Rusiya iqliminə uyğunluğu, asan istehsalı və çoxlu miqdarda istehsalı ilə Alman əsgərləri arasında qorxu salmışdır. T-34 atəş gücünün, sürətin və dözümlülüyün yaxşı bir şəkildə birləşdirilmiş halıdır. Tankın 45°-lil zireh dizaynı, hədəfi tapan mərmilərin bir çoxunun tanka zərər vermədən getməsi ilə nəticələnir. Bəzi hərbi tarixçilər T-34-ün dünyanın ilk əsas müharibə tankı olduğunu iddia edirlər.

T-34 İkinci Dünya müharibəsi və sonrasında da SSRİ zirehli briqadalarının istifadə etdiyi əsas tank olmuşdur. Həmçinin bir çox ölkələrə də bu tank ixrac edilmişdir.

Dizayn müddəti

T-34_prototipi

1936 ildə gənc mühəndis Mihail İlyiç Koşkin, Xarkovdakı Komitern Fabrikində baş dizayner olaraq işə başlar. Gənc mühendisi işə başladığı müddətdə Sovet ordusunun, modern tanklara qarşı dayana biləcək bir tank ehtiyacı artmişdı. Koşkinin işlədiyi fabrikin dizayn bürosuna 1937-ci ildə yeni bir tank üstündə işləməyə başlayır. Bu tankda əvvəlki tanklar kimi həm tırtılı, həm də təkərli olacaqdı. SSRİ torpaqları çox geniş olduğundan Qızıl Ordu, hərbi doktrinasını müharibədə sürətli və cəld müdaxilə edəbiləcək əsgərlər üstündə qurmuştu. 1937-ci ilin Noyabr ayında ilk prototip olan A-20 hazırlandı. Ağırlığı 17,7 ton olan bu tank, 45mm-lik bir topla silahlanmışdı. Zirehi dövrünün digər SSRİ tanklarından daha qalın və maili idi. Tankın şassisi digər tankların şassisinin biraz inkişaf etdirilmişi idi. Bir sonrakı A-30 prototipində 76,2mm-lik topa keçildi.

Koşkin, tankın dizayn müddətində tırtılı və təkərli hazırlanmasının lazımsız olduğunu bunun tanka əlavə yük olduğunu müdafiə etdi. Bu səbəbdən Koşkin tankın tırtılı olmasını irəli sürdü və bunun nəticəsində A-32(sonraları T-32 adlanacaq) prototipi yaradıldı. Qızıl Ordu, Koşkinin təklifini qəbul edərək A-32 prototipinin istehsalına qərar verdi.Əlavə olaraq tankın atəş gücü və zirehi qalınlaşdırılan T-34 tankı yarandı.

Dövrünün çətin şərtlərinə və Almaniya ilə sərhədəki ağır vəziyyətə görə T-34-lər istehsala başlandı.İlk istehsal edilən T-34-ə T-34 06 adı verildi.

T-34/76

    Dik bir zirehə malik tankın qət edəcəyi məsafə     maili zirehin qalınlığı
Şəkildə görüldüyü kimi sağdakı maili zirehin qalınlığı (yaşıl ox) soldakı dik zirehdən (qara ox) az olmasına baxmayaraq tanka gələn bir güllənin qət edəcəyi məsafə (qara ox) soldakı ilə eynidir.

kütləvi istehsala keçilməsindən 3 ay sonra yəni 1940-ci ilin Sentyabrda ilk tanklar tamamlanmış vəziyyətdə idi. T-34'ler ilk başlarda çeviklikləri,güclü zirehi və palçıqlı çətin səraitli ərazilərdə gedəbilən geniş tırtıları ilə göz qamaşdırsada bir cox əksıyi vardı.Sadəcə bölük komandirinin tanklarında radyo sistemləri vardı.Dövrünun tanklarının əksinə sadəcə 4 personali malik idi buna görədə tank komandiri həm də güllələri yükləmə məsuliyyətində öz üstünə götürürdü. Əlavə olaraq tankın optik sistemləri almanların sistemləri ilə qarşılaşdırıldığında çox zəifqalırdı bu səbəbdən T-34-lər Alman tanklarını vurmaq üçün çox yaxınlarına getmək məcburiyyətində qalmışdır.

1941-1942 illərdə Alman ordusunun əlində olan 37mm-lik PaK 36 və 50mm-lik PaK 38 anti-tank topların, T-34'lərə hardaysa heçbir zərər vere bilmirdi. Bu səbəbdən Alman əskərləri bu anti-tank toplarına "qapını döyən" adını vermişlərdi. anti-tank toplarından açılan atəş kamufulaj edilmiş anti-tank topunu yerini açiğa çixarırdı.Cətin vəziyətlərdə Almanlar məşur 88mm-lik Çok acil durumlarda Almanların ünlü 88mm'lik zenit topundan istifadə edərək T-34-lərə qarşı istifadə edirdilər.Panzer V tanklarının ortaya cixmasıyla atəş gücü baxımından T-34 ilə müqayisə edilə biləcək silaha sahib oldular.

T-34/85

T-34/85 1944 modeli.

T-34/76'ın müharibədəki üstünlüyünü yavaş-yavaş itirməyə başladığını görən Sovet ordusunun rəsmiləri tankın atəş gücünü artırmaqla üstünlüyü təkrar ələ ala biləcəklərini düşünürdülər. Bu səbəbdən tanka yeni bir 85 mm-lik çapa malik olan top taxıldı. T-34-lərin müharibə ərazisindəki rəqibləri PantherTiger tankları, T-34-dən daha kefiyyətli və yüksək atəş gücünə sahib tanklar olsalarda T-34-ün dəhşətli say üstünlüyü sayəsində hər zaman üstünlüyü əlində saxlaya bildi. Müharibə dövründə təxminən 54.600 T-34 (təxminən 19.430 ədədi T-34/85) istehsal edilmişdir. Almanlar isə cəmi 6.000 ədəd Panther tankı istehsal etmişdi.

T-34/76 Model 41

Fiziki Xüsusiyyətləri
Ağırlıq 26,5 ton
Uzunluq 6,68 m
Eni 3,00 m
hündürlük 2,45 m
personal 4
Performans
Motor 500 At gücü V12 Dizel mühərriki
sürət 58 km/s
Radius ?
Müdafiə xüsusiyətləri
Zireh 20-70 (top qülləsində), 20-60 (ana gövdədə)
Atəş Gücü
Əsas Müharibə Silahı 76,2mm'lik F-34 topu (70 güllə)
köməkçi Müharibə Silahları 2 ədəd DT pulemyotu

T-34/76 Model 42

Fiziki Xüsusiyyətləri
Ağırlıq 28,5 ton
Uzunluq 6,68 m
Eni 3,00 m
hündürlük 2,45 m
personal 4
Performans
Motor 500 At gücü V12 Dizel mühərriki
sürət 55 km/s
Müdafiə xüsusiyyətləri
Zireh 20-65 (top qülləsində), 20-47 (ana gövdədə)
Atəş Gücü
Əsas Müharibə Silahı 76,2mm'lik F-34 topu
Köməkçi Müharibə Silahları 2 ədəd DT pülemiyotu

T-34/76 Model 43

Fiziki Xüsusiyyətləri
Ağırlıq 30,9 ton
Uzunluq 6,75 m
Eni 3,00 m
hündürlük 2,45 m
personal 4
Performans
Motor 500 At gücü V12 Dizel mühərriki
sürət 58 km/s
Müdafiə xüsusiyyətləri
Zireh 20-70 (top qülləsində), 20-60 (ana gövdədə)
Atəş Gücü
Əsas Müharibə Silahı 76,2mm'lik F-34 topu (100 güllə)

T-34/85 Model 44

Fiziki xüsusiyyətləri
Ağırlıq 33 ton
Uzunluq 8,20 m (top qülləsi daxil olmaqla)
Eni 3,02 m
hündürlük 2,76 m
Həcm ?
personal 4
Performans
Motor 500 At gücü V12 Dizel mühərriki
sürət 58 km/s
Müdafiə xüsusiyyətləri
Zırh 20-90 (top qülləsində), 20-60 (ana gövdədə)
Atəş Gücü
Əsas Müharibə Silahı 85mm'lik ZiS-S-53 topu (60 mərmi)
Köməkçi Müharibə Silahları 2 ədəd DT pulemyotu

İstifadəçilər

T-34 istifadə edmiş ölkələr

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!