Sənəd (lat. documentum ) – qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcı.
Başqa sözlə, sənəd – hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır.
Təyinatına görə sənədlər mətnli, qrafiki və təsviri, audovüzal olurlar:
- Mətnli sənədlər əlyazması, makina və kompüter, kitab, jurnal, blanklar və s. formada olurlar.
- Qrafiki və təsviri sənədlər şəkil, sxem, kardioqramalar, planlar və s. formada olurlar.
- Audovüzal sənədlər səs yazılışları, diopozotivlər, kinofilmlər formasında olurlar.
Sənədlər üzrə təsnifat
- Yaradıldığı zamana görə
- Hazırlanma üsuluna görə
- Hazırlanma məkanına görə
- Mövzuya görə
- Təqdimatına görə
- Yayımına görə
Sənədlərin növləri
İlkin məlumatların alınması üsullarından biri kimi sosioloji tədqiqatlarda sənədlərin təhlili metodu istifadə olunur.
İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanması üçün nəzərdə tutulmuş vasitə sənəd adlanır. Çap və əlyazması mətnində, maqnit lentində, foto-kino-video lent və kompakt diskdə qeydə alınmış hər hansı bir məlumat sosiologiyada sənədli məlumat (informasiya) adlanır. İstehsalın burada istifadə olunmuş mənası hamı tərəfindən işlədilən mənadan fərqlənir: danışıqda biz möhürlə təsdiq edilmiş və ya dövlət təşkilatları, vəzifəli şəxslər və s. adından nəşr edilən materialları sənəd adlandırırıq.
Bir çox hallarda sənədli mənbələr tədqiqatda ilkin məlumatlar toplanmasının nəinki əsas, həm də yeganə üsulu kimi çıxış edir. Məsələn, Avropa və Amerikada Polşa mühacirlərinin vəziyyətini təsvir etmək üçün Amerika sosioloqları U. Tomas və F. Znanietski çox böyük səy və diqqətlə onların şəxsi sənədlərini öyrənmişlər. İşdə istifadə olunmuş sənədlər arasında aşağıdakılar var idi: kəndli-mühacirlərin Polşada qalmış qohumlarına məktubları; mühacirət qəzetlərinin arxivləri; kilsə icmalarının, həmyerlilər birliklərinin, xeyriyyə cəmiyyətlərinin materialları və mühacirlərin işləri ilə bağlı məhkəmə materialları; nəhayət, kəndlilərdən birinin tədqiqatçıların xahişi ilə yazdığı 300 səhifədən ibarət nadir tərcümeyi-halı.
Sənədləri bir sıra əsasa görə təsnif etmək olar.
Məlumatların qeydə alınması üsuluna görə əlyazması və çap olunmuş sənədlər, kino və foto plyonkasına çəkilmiş, maqnit lentinə yazılmış sənədlər. Müəyyən bir məqsədlə bağlı olaraq yerinə yetirəcəyi vəzifəsinə görə tədqiqatçının özü tərəfindən seçilmiş materiallar da seçilir (məsələn, Tomas və Znanetskinin işində mühacirin tərcümeyi-halı). Bu sənədlər məqsədli sənədlər adlanır. Lakin sosioloq ondan asılı olmayaraq, hansısa digər məqsədlər üçün tərtib edilmiş materiallarla da, yəni hazırda mövcud olan sənədlərlə işləməli olur. Bir çox hallarda məhz bu materiallar sözün həqiqi mənasında sənədli məlumat adlandırılır.
Şəxsləndirilmə dərəcəsinə görə sənədlər şəxsi və şəxssiz sənədlərə ayrılır. Şəxsi sənədlərə fərdi qeydiyyat kartoçkaları (məsələn, kitabxana formulyarları və ya imza ilə təsdiq edilmiş anket və blanklar), üçüncü şəxslər və ya təşkilatlar tərəfindən verilmiş xasiyyətnamələr, məktublar, gündəliklər, ərizələr, xatirat yazıları və s. aiddir. Şəxssiz sənədlərə isə statistik və ya hadisə, fakt arxivləri, mətbuat məlumatları, iclas protokolları və s. daxildir.
Sənədli məlumatların etibarlılığı
Sənədin özünün mötəbərliliyini onun haqqında verilən məlumatların etibarlılığı ilə qarışdırmaq olmaz. Mötəbər mənbədən alınmış etibarsız məlumatlar müxtəlif ictimai qrup, partiya, siniflərin fəaliyyət motivləri, sosial məqsədləri haqqında xəbər verən çox mühüm dəlildir. Məsələn, Amerika sosioloqu L. Doub tərəfindən tədqiq edilmiş Gebbels təbliğat nazirliyinin sənədləri və Gebbelsin gündəlikləri "Üçüncü reyx"in təlqinedici təbliğat üsullarının öyrənilməsi üçün zəruri materiallar vermişlər. Materiallar olduqca mötəbər idi, lakin elan edilən ideyaların məzmunu və onların müəlliflərinin əsl niyyətləri baxımından heç də etibarlı və doğru deyildi.
Məlumatların etibarlılığı ilk növbədə əldə edilə bilən sənədin mənbəyindən asılıdır. Müxtəlif mənbələr verilən məlumatların bir növ verilmiş və ya məlum mötəbərlilik və etibarlılıq dərəcəsinə malik olur. Bütün hallarda ilkin məlumatlar ikinci dərəcəli məlumatlardan daha etibarlı olur. Buna görə də birinci mənbədən alınmış rəsmi şəxsi sənəd, qeyri-rəsmi şəxssiz sənəd və başqa sənədlər arasında tərtib edilmiş sənəddən daha mötəbər və etibarlıdır. Adətən hüquqi sənədlər və bilavasitə maliyyə nəzarətində olan materiallardakı məlumatlar hüquq və ya maliyyə orqanlarının nəzarəti altında olmayan rəsmi sənədlərdəki məlumatlardan daha etibarlı olur.
İkinci sənədlərdən istifadə edərkən onların ilkin mənbəyini müəyyən etmək vacibdir. İkinci materialların ümumi yanlışlığını qiymətləndirmək üçün bunu adda-budda etmək olar.
Tədqiqatçı tərəfindən planlaşdırılmış məqsədli sənədlər yuxarıda gözdən keçirilmiş adi nəzarət əməliyyatları nəzərdə tutulduqda etibarlı olur: müstəqil məlumat mənbəyinin axtarışı (adda-budda nəzarət üçün), həmin mənbəyə ikinci müraciət (məlumatların sabitliyi), məlum qruplar üzrə testlər.
Psixoloqlar və sənətşünas-tarixçilər sənədli məlumatların öz məzmunundan çıxış edərək onların etibarlılıq dərəcəsini müəyyənləşdirməyə kömək edən xeyli üsullar işləyib hazırlamışlar.
Sənədlərlə işləyən zaman birinci əsas qayda hadisələrin təsvirini onlara verilən qiymətdən dəqiq fərqləndirməkdən ibarətdir. Rəy və qiymətlər faktiki məlumatlarla müqayisədə potensial olaraq daha az mötəbər və etibarlıdır. Bir çox hallarda sənəddə şəraitin rəy və qiymətlə ifadə olunmuş təfərrüatlı xarakteristikası verilmir. Lakin məhz konkret vəziyyət ifadə olunmuş rəy və qiymətlərin mənasının açılmasına kömək edir.
Həmçinin bax