Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı

Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı
ingiliscə:Titles & Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration
Müəllif Uillem Floor
Mövzu Səfəvi imperiyasında idarəetmə
Orijinalın dili İngiliscə
Nəşriyyat Mage Publishers

Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı (ingiliscə:Titles & Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration) — Səfəvi imperiyasının tarixi barədə yazılmış elmi əsər nəzərdə tutulur. Kitab Mage Publishers tərəfindən Uillem Floorun müəllifliyində və tərcüməçiliyində hazırlanmışdır. Əsərin əsaslandığı tarxi əsərin müəllifi isə Mirzə Nağı Nasiridir.[1] Mirzə Nağı[a] uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin müəllifi olmuşdur. Bu traktat 1731-ci ildə - II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.

Risalə bu motivdə olan üçüncü risalədir. Risalə bu mövzunu araşdıran elm adamları üçün əsas mənbələrdən biri hesab edilir. Bu mövzulu digər əsərlər isə "Dəstur əl-Mülk" və "Təzkirət-əl Mülk"dür.[3] Uillem Floor bu əsəri tərcümə və tərtib etmişdir. Kitabın qısa təsvirində kitab haqqında məlumat kimi bu sözlər yazılmışdır:

" Səfəvi hökuməti daxilindəki vəzifələr, etnik münasibətlər və inzibati dəyişmələr barədə [kitab] unikal və vacib məlumatlar ehtiva edir.[4] "

Kitabda hər bir bəylərbəyinin (həmçinin vali və ya hakimin) adları və hakimlik tarixləri ilə birlikdə, inzibati yurisdiksiyalar da sadalanmışdır.

Qeydlər

  1. Səfəvilər sülaləsinin son dövrlərində məmur kimi çalışmış şəxs. O, məşhur Ordubadi ailəsinə mənsubdur. Ailənin Nəsrəddin Tusinin nəslindən gəlməsi iddia olunur. Ailənin birinci məşhur üzvü Bəhram xan Ordubadi I Şah İsmayıl dövründə Ordubadın kələntəri olmuşdur. Onun oğlu Hatəm bəy Ordubadi I Şah Abbasın baş vəziri olmuşdur. Onun oğlu Mirzə Talıb xan Ordubadi isə I Şah Səfinin baş vəziri kimi çalışmışdır. Ailənin bir başqa üzvü Mirzə Əbülhüseyn bəy Ordubadi I Şah Səfinin hakimiyyətinin ilk illərində xəzinədar kimi çalışmışdır.[2]

Həmçinin bax

İstinadlar

  1. "Titles & Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration". www.amazon.com. 2008. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 sentyabr 2022.
  2. Floor, 2008. səh. 5
  3. M. Ismail. DASTUR AL-MOLUK. Encyclopaedia Iranica. 2005.
  4. Floor, 2008. səh. x

Mənbə

  • Willem Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publisher. 2008. ISBN 978-1933823232.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!