Süleyman Cabbar oğlu Səlimbəyov (1888, Şamaxı – 1951, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).
Həyatı
Süleyman Səlimbəyov 1888-ci ildə Şamaxıda anadan olmuşdur. Səhnəyə 1907–1908-ci illərdə çıxmış, əsasən, "Nicat" cəmiyyətinin, 1919–1936-cı illərdə hazırkı Akademik Milli Dram Teatrının truppasında olmuşdur. 1936-cı ildə Lənkəranda yeni açılmış teatrın yaradıcılığına təkan vermək üçün oraya ezam edilmişdir. 1940-cı illərin ortalarına qədər qısa fasilələrlə Lənkəran Dövlət Dram Teatrında direktor və bədii rəhbər işləmişdir. Arada bir neçə rayon teatrında, həmçinin Akademik sənət ocağında aktyorluq etmişdir.[1]
Süleyman Səlimbəyov Lənkəran teatrında Mirzə İbrahimovun "Həyat", Üzeyir Hacıbəyovun "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan", Cəfər Cabbarlının "Yaşar", "1905-ci ildə", "Od gəlini" əsərlərini tamaşaya hazırlamışdır.[1]
Aktyor 1951-ci ildə Bakıda vəfat etmişdir.[1]
Mükafatları
İfa etdiyi əsas rollar
İstinadlar
Ədəbiyyat