Sultan Rüstəm Mirzə

Sultan Rüstəm Mirzə
Mirzə Rüstəm Səfəvi Rəssam Mirhaşim, Los Anceles muzeyi
Mirzə Rüstəm Səfəvi
Rəssam Mirhaşim, Los Anceles muzeyi
1578 – 1594
Bihar hakimi
1626 – 1627
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qucarat
Vəfat tarixi
Vəfat yeri Aqra
Atası Sultan Hüseyn mirzə Səfəvi
Dini Şiə İslam

Rüstəm mirzə Səfəvi (İffət xan)— Səfəvi şahzadəsi.

Həyatı

Səfəvilər hakimiyyətində

Sultan Hüseyn mirzə Səfəvinin oğlu idi, Qəndəharda doğulmuşdu. 1578-ci ildə Məhəmməd şah Xüdabəndə tərəfindən Zəmindəvar hakimi təyin olunmuşdu, lələsi Həmzə bəy Zülqədər idi. Zəmindəvar çox kiçik mülk olduğu üçün qardaşları Səncər mirzə və Əbu Səid mirzənin və lələsinin dəstəyi ilə Sistan hakimi Məlik Mahmuda hücum etmişdi, lakin qardaşı Müzəffər Hüseyn Mirzə Məlik Mahmudun kürəkəni olduğu üçün onunla hesablaşmalı oldu. Bu döyüşləin gedişində Məlik Mahmud öldürüldü. Bir sıra döyüşlərdən sonra qardaşı və Məlik Mahmud tərəfindən məğlub edildikdən və Zəmindəvar da əlindən çıxdıqdan sonra qardaşı Səncər mirzə və oğulları ilə 1594-cü ildə Əkbər şaha tabe oldu.

Moğollar hakimiyyətində

1593–1595-ci illərdə Multan hakimi daha sonralar isə Patan hakimi olmuşdur. Sultan Cahangir dövründə, 1612-ci ildə Tatha və daha sonralar Allahabad hakimi olmuşdur. 1626-cı ildə Bihar hakimi təyin edilmiş, lakin çox qısa bir müddət sonra təqaüdə buraxılmışdı. 1641-ci ildə, 72-ci yaşında Aqrada vəfat etmişdir.[1]

Yaradıcılığı

Fədai təxəllüsü ilə şeirlər yazmışdır.

Ailəsi

Oğulları

İstinadlar

  1. Əbülfəzl ibn Mübarək, Eyn-i Əkbəri, Kəlküttə, 1873, səh.313–314

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!