Subtropik dəniz pişiyi |
---|
|
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Subtropik dəniz pişiyi |
|
|
Subtropik dəniz pişiyi (lat. Arctocephalus tropicalis) — Bu növ Dəniz pişikləri əsasən Atlantik və Hind okeanının subtripik qurşağı ərazilərində yaşayır. İlk dəfə 1872-ci ildə Qream tərəfindən onun haqqında ətraflı məlumat verilir. Bəzi mənbələrdə soyunun tükənmə təhlükəsi vardır[3].
Xariçi görünüş
Subtropik dəniz pişiyi orta ölçülərə makikdir. Erkəklər 2 m/ 160 kq, dişilər isə 1,4 m/ 50 kq ölçülərə malikdirlər. Erkəklərdə bel nahiyə tünd boz, dişilərdə isə açıq boz rəngdə olur. Balalar doğularkən qara rəngə malik olurlar. Sifətləri girdə və yığcam olur. Onların orta ömürü 20–25 il təşkil edir[4].
Yayılması
Subtropik dəniz pişiyi adından göründüyü kimi subtropik iqlim qurşağı boyunca yaşayır. Onlar Kerqelen dəniz pişiyinə nisbətdə şimalda (yəni ekvarora yaxın) yaşayırlar. Onların ən iri koloniyaları əsasən Atlantik okeanın Qof adaları və Hind okeanının Amsterdam adaları sahillərində yerləşir. Bəzi hallarda onların arealı ilə kerqelen dəniz pişiklərinin arealı üst-üstə düşür. Makkuori adaları, Kroze adalarında onlar birgə yaşayırlar. Şahzadə Eduard adalarında isə kerqelen dəniz pişiklərinə nisbətdə çoxluq təşkil edirlər. Kerqelen dəniz pişiklərindən fərqli olaraq sunə hissələri narıncı rəngdə olması ilə fərqlənir. Kerqelen dəniz pişiklərinə nisbətdə onların Dünyada hal-hazırda 300,000 bu növ dəniz pişiyi yaşayır. 1810-cu ildən yəni növün aşkarlanmasından sonra onu dərisinə görə ovlarırdılar. Antraktida suitilərinin qorunması haqqında konvensiyaya görə onlar qorunur. Bu səbəbdən sayları artır. Bircə Herd adasında soyları tükənmək üzrdir. Kerqelen dəniz pişiklərinə nisbətdə genedik müxtəlifliyi yüksəkdir[5].
İstinadlar
Xarici keçidlər