Strateji Raket Qoşunları (rusca: Ракетные войска стратегического назначения) Rusiya Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Vəzifəsi Rusiya Federasiyasının müxtəlif bölgələrində yerləşdirilmiş qitələrarası ballistik raketlərə nəzarət etməkdir. Bu qoşunlar ilk dəfə Sovet Silahlı Qüvvələrinin tərkibində yaradılmış, 1991-ci ilin dekabrında SSRİ-nin dağılmasından sonra isə Rusiyanın tabeçiliyi altına keçmişdir.
Strateji Raket Qoşunları 17 dekabr 1959-cu ildə düşmənin nüvə silahlarını, hərbi və sənaye obyektlərini sıradan çıxarmaq məqsədilə yaradılmışdır.[2] Bu qoşunlar SSRİ-nin tabeçiliyi altında olan bütün növ ballistik raketlərə nəzarət edirdi.
Strukturu
2017-ci ilin yanvar ayına olan məlumata əsasən Strateji Raket Qoşunlarına aid aşağıdakı birliklər fəaliyyətini davam etdirir:[3]
- 27-ci Qvardiya Raket Ordusu (Baş qərargahı: Vladimir)
- 98-ci Qarışıq Aviasiya Eskadrilyası
- 7-ci Qvardiya Raket Diviziyası
- 14-cü Raket Diviziyası
- 54-cü Qvardiya Raket Diviziyası
- 28-ci Qvardiya Raket Diviziyası
- 60-cı Raket Diviziyası
- 31-ci Raket Ordusu (Baş qərargahı: Rostoşi)
- 102-ci Qarışıq Aviasiya Eskadrilyası
- 13-cü Raket Diviziyası
- 42-ci Raket Diviziyası
- 33-cü Qvardiya Raket Ordusu (Baş qərargahı: Omsk)
- 105-ci Qarışıq Aviasiya Eskadrilyası
- 35-ci Raket Diviziyası
- 39-cu Qvardiya Raket Diviziyası
- 62-ci Raket Diviziyası
Həmçinin bax
İstinadlar
Xarici keçidlər