Strasburq kafedralı və ya Strasburq Notr-Dam kafedralı (fr.Cathédrale Notre-Dame-de-Strasbourg) — FransanınStrasburq şəhərində yerləşən katolikkafedralıdır. Onun bir çox hissəsi Roman memarlığı üslubunda olsa da, son dövr qotika memarlığının ən gözəl əsərlərindən biri hesab olunur.[3][4][5][6] Onun tikintisinə 1015-ci ildə başlanılmış və tikinti işləri 1439-cu ildə başa çatdırılmışdır. Ervin von Steinbax 1277-ci ildən vəfat etdiyi 1318-ci ilə qədər bu tikiliyə əhəmiyyətli töhfələr vermişdir.[7] 1647–1874-cü illər arasında bu tikili 142 m hündürlüyü ilə dünyanın ən hündür binası olmuşdur. Sonralar isə bu titulu HamburqdakıMüqəddəs Nikolay kilsəsinə vermişdir. Hal-hazırda isə bu bina dünyanın altıncı ən hündür kilsəsi hesab olunur.[8][9]
Viktor Hüqo bu kafedralı "nəhəng və incə möcüzə" kimi təsvir etmişdir.[10]