Strasbur (fr. Strasbourg) — Fransanın Qrand Est regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Aşağı Reyn. Suprefektura — Strasbur. Rayon əhalisi 2013-cı ildə 482 384 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1 429 nəf / km². Rayon sahəsi — 337,61 km².[1][2]
Tarixi
Strasbur rayonu ilk olaraq 1790-cı il martın 4-də Aşağı Reyn departamentinin inzibati mərkəzi olaraq yaradılmışdır.
1919-cu ildə inzibati islahatlar nəticəsində rayon ləğv edildi və iki yeni rayon yaradıldı: Strasbur-Vil və Strasbur-Kampan.
2014-1722 saylı fərman əsasında Strasbur-Vil və Strasbur-Kampan rayonları haqqında qərar qəbul edildi. 2014-cü il 29 dekabrdan-1 yanvar 2015-ci il tarixinə kimi 33 kommuna üçün vahid inzibati mərkəz yaradılaraq yenidən qurulmuşdur.
Həmçinin bax
İstinadlar