Stevo Pendarovski

Stevo Pendarovski
mak. Стево Пендаровски
Şəxsi məlumatlar
Doğum tarixi 3 aprel 1963(1963-04-03)[1] (61 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi, universitet müəllimi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stevo Pendarovski (mak. Стево Пендаровски, 3 aprel 1963[1], Skopye) — makedoniyalı siyasətçi, Şimali Makedoniya Respublikası prezident seçkiləri namizədi.[2]

Həyatı

Stevo Pendarovski 3 aprel 1963-cü ildə Üskubda dünyaya gəlmişdir. Ali təhsilini Üskup Müqəddəs Kiril ve Metodius Universitetində almış, 1987-ci ildə universitetin hüquq fakültəsini bitirmişdir. Daha sonra yenə eyni universitetdə magistr və doktorluq dərəcələrinə yiyələnmişdir. 2008-ci ildən Üskup Amerikan Kolleci Universitetində "Beynəlxalq təhlükəsizlik, xarici siyasət və qlobalizasiya" ixtisası üzrə professor köməkçisi vəzifəsində çalışmaqdadır[3].

Siyasi fəaliyyəti

2001–2004-cü illərdə prezident Traykovskinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini icra edən Pendarovski 2004–2005-ci illərdə Dövlət Seçki Komissiyasına rəhbərlik etmişdir. 2005–2009-cu illərdə prezident Zrvenkovskinin xarici siyasət müşaviri olmuşdur. 2014-cü il prezident seçkilərində iştirak edən siyasətçi SDSM-nin namizədi olaraq seçkilərdə müvəffəqiyyətsizlik əldə etmişdir. 2016–2017-ci illərdə millət vəkili olan Pendarovski, 2017-ci ilin noyabr ayından etibarən NATO Milli Koordinatorluq vəzifəsini icra etməkdədir.

Prezidentliyə namizədliyi

2019-cu il aprelin 21-də Şimali Makedoniya Respublikasında keçirilən prezident seçkilərində iştirak edib. Seçkilərdə üç əsas namizəd- Stevo Pendarovski, Gordana Silyanovska və Blerim Reka mübarizə aparıb. Namizədlərdən hər hansı biri səsvermədə iştirak edən seçicilərin səsinin 50 faizdən çoxunu qazanmayıb. Stevo Pendarovski 42.25 faiz səslə rəqiblərini keçərək,2019-cu ilin mayın 5-də səsvermənin ikinci turunda iştirak edəcək. Makedoniya hakimiyyəti, o cümlədən ölkənin türk icmaları Stevo Pendarovskini müdafiə edirlər.

İstinadlar

  1. 1 2 Stevo Pendarovski // Munzinger Personen (alm.).
  2. "Kuzey Makedonya'da cumhurbaşkanlığı için üç aday yarışacak". 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-24.
  3. "STEVO PENDAROVSKI". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-24.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!