Sovet İttifaqında siyasi repressiyalar

Sovet İttifaqında siyasi repressiyalarSovet İttifaqı tarixi boyu milyonlarla insan Oktyabr inqilabından bəri dövlətin aləti olan repressiyalardan əziyyət çəkmişdir. Stalinin hakimiyyəti dövründə repressiyalar kulminasiya nöqtəsinə çatdı, sonradan bir müddətlik dayandırılsa da Xruşşovun yumuşalma dövründa mövcud olmağa davam elədi. Brejnevin durğunluq dövrlərində Sovet dissidentlərinə olan təzyiqlərin artması ilə repressiyalar Mixail Qorbaçovun hakimiyyətinə qədər davam etsə də, Qarbaçovun siyasəti olan aşkarlıqYenidənqurma dövrlərində dayandırıldı.

Mənşəyi və erkən Sovet dövrü

Sankt-Peterburqdakı QULAQ Memorialı, Solovki düşərgəsindən bir daş lövhə — QULAQ sistemindəki ilk həbs düşərgəsi. İnsanlar hər il repressiya qurbanlarının anım günündə buraya toplaşırlar.

Erkən, sinfi mübarizəyə Leninist baxış və proletariat diktaturası nəticəsində yaranan anlayış repressiyaların nəzəri əsasını qoydu. Onun hüquqi əsası Rusiya Sovet Federativ Sosialist Respublikası kodeksindəki 58-ci maddəsinə və digər sovet respublikaları üçün oxşar maddələrlə rəsmiləşdirildi.

Bəzən repressiya olunanları Xalq düşməni də adlandırırdılar. Dövlət tərəfindən verilən cəzalar yerində gülləmələr, günahsız insanları QULAQ-a göndərmək, məcburi köçürülmə və vətəndaş hüquqlarından ləğv etmək idi. Müəyyən vaxtlarda bir ailənin bütün üzvləri, o cümlədən uşaqlar da "Vətən xaini olan ailə üzvləri" kimi cəzalandırıldı. Repressiya ÇEKA və onun davamçıları və digər dövlət orqanları tərəfindən həyata keçirilirdi. Artan repressiya dövrlərinə Qırmızı Terror, Kollektivləşmə, Böyük təmizləmə, "Həkimlər işi" və s. daxildir. Gizli polis qüvvələri çoxsaylı hallarda məhbusları kütləvi şəkildə qətlə yetirmişdilər. Repressiyalar Sovet respublikalarında və İkinci Dünya müharibəsi illərində Sovet Ordusu tərəfindən işğal edilmiş ərazilərdə, o cümlədən Baltikyanı ölkələrdəŞərqi Avropada baş verirdi.[1]

Repressiyaların güclənməsi Tambov üsyanı (1920–1921), Kronstadt üsyanı (1921) və Vorkuta üsyanı (1953) kimi müqavimət hadisələrinə səbəb oldu; Sovet hakimiyyəti həddindən artıq hərbi qüvvə ilə bu müqavimətlərin qarşısını almağı bacardı. Deyilənlərə görə, Tambov üsyanı zamanı Tuxaçevski (bölgədəki baş Qırmızı Ordu komandiri) bolşevik hərbi qüvvələrinə dinc əhali və üsyan edən kəndlilərə qarşı kimyəvi silah istifadə etmək səlahiyyəti verimişdir. (Bəzi şahidlərin dediklərinə görə isə kimyəvi silah heç vaxt istifadə edilməmişdir.[2]) Müqavimətli döyüşçüləri təslim olmasalar, kəndlərin tanınmış şəxslərini çox vaxt ya girov götürərdülər, ya da edam edirdilər.[3]

Qırmızı Terror

Sovet Rusiyasındakı Qırmızı Terror bolşevik hökumətinin həyata keçirdiyi kütləvi həbslər və edamlar kampaniyası idi. Sovet tarixşünaslığında Qırmızı Terrorun 2 sentyabr 1918-ci ildə Yakov Sverdlov tərəfindən rəsmən elan olunduğu və 1918-ci ilin oktyabrında başa çatdığı göstərilir. Buna baxmayaraq Sergey Melqunovdan başlayaraq bir çox tarixçilər bu dövrü bütün Rusiya Vətəndaş Müharibəsi dövrünü (1918–1922) əhatə etdiyini qeyd edirlər.[4][5] Kütləvi repressiyalar ədalət məhkəmə olmadan gizli polis və ÇEKA tərəfindən[6] bolşevik hərbi kəşfiyyat agentliyi (QRU) ilə birgə həyata keçirilib.[7] Qırmızı Terrorun ilkin mərhələsində edam olunanların ümumi sayının hesablamalara görə ən az 10.000 olduğu güman edilir. 1917-ci il dekabr və 1922-ci ilin fevral ayları arasında isə təqribən 28.000 insan edam edildi.[8] Bu dövrdə ölənlərin ümumi sayı təqribən 100,000[9] ilə 200.000 arasında dəyişir.[10]

Kollektivləşdirmə

Müasir başlıqda deyilir: "Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının üzvləri qolçomaqların qəbiristanlıqda gizlətdiyi taxılı ələ keçirirlər, Ukrayna, 1930." Kollektivləşmənin pik həddində olduğu bu zamanlarda sistemə qarşı çıxan hər kəs "qolçomaq" elan edilirdi.

Sovet İttifaqında kollektivləşmə 1928–1937-ci illər arasında şəxsi torpaqları və işçi qüvvəsini kolxozlara birləşdirmək üçün yeridilən siyasət idi (rus: колхо́з, kolxoz).[11] Sovet rəhbərləri əmin idilər ki, fərdi kəndli təsərrüfatlarının kolxozla əvəz olunması şəhər əhalisi üçün ərzaq ehtiyatını, emal sənayesi üçün xammal təminatını və ümumiyyətlə kənd təsərrüfatı ixracını artıracaqdır.[12] Beləliklə kollektivləşdirmə 1927-ci ildən bəri mövcüd olan kənd təsərüffatının paylanması probleminin həlli kimi qəbul edildi və bu, Sovet İttifaqının iddialı sənayeləşmə proqramı ilə daha da kəskinləşdi.[13] Kəndlilər, ən kasıb hissəsi istisna olmaqla, kollektivləşmə siyasətinə qarşı müqavimət göstərdikləri görə Sovet hökuməti fermerləri kollektivləşdirməyə məcbur etmək üçün sərt tədbirlərə əl atdı. Vinston Çörçill ilə söhbətində Stalin Sovet kollektivləşməsinə müqavimət göstərdiyinə görə repressiyaya uğrayan qolçomaqların, o cümlədən zorla deportasiya olunanların da sayını vermişdir.[14][15] Son tarixçilər ölənlərin sayının 6 ilə 13 milyon arasında olduğunu təxmin edirlər.[16]

Böyük təmizləmə

Mixail Tuxaçevski 1937-ci ildə Qırmızı Ordu generallarının məhkəməsində mühakimə olundu və güllələnərək öldürüldü.

Böyük Təmizlik' (bəzən Stalin repressiyası və ya Böyük Terror adlanır) – 1936-cı ildən, 1938-ci ilə qədər davam edən siyasi repressiyalar kompaniyası.[17] Səbəbi Kommunist partiyasının, hökumət üzvlərinin böyük ölçüdə müxaliflərdən fiziki olaraq təmizlənməsi, kəndlilərin və Qızıl Ordu liderlərinin müxalifətinə son qoymaq, polis nəzarəti yaratmaq, "sabotajçı", "əks-inqilabçı" şəxslərin fiziki olaraq məhvi istəyidir.[18] Rus tarixində ən böyük terror dövrü olan bu dövrə, gizli polisin rəhbəri olan Nikolay Yejova görə Yejovşina dövrü deyilir. Nikolay Yejov, şəxsən bu siyasətin həyata keçirilməsinə rəhbərlik etmiş, sonda özü də "vətənə xəyanət", "dövlət çevrilişi hazırlamaq"da ittiham edilərək, güllələnmişdir. Onun əmri ilə, insanları daha rahat və ucuz öldürmək üçün səyyar qaz otaqları düzəldilmişdi, bütün bunlar məhkəməsiz baş verirdi.[19][20][21] "Böyük təmizləmə" zamanı, Stalinin rəhbərlik etdiyi SSRİ-də, 600.000-dən 1.8 milyon nəfərə qədər insan öldürülmüşdür.[22]

Soyqırım, etnik təmizləmə və əhali köçürmələri

Sovet İttifaqında siyasi repressiyalar təkcə ayrı-ayrı şəxsləri yox, eyni zamanda sovet əhalisinin tərkibində olan digər etnik, sosial və dini qrupları da hədəfə alırdılar.

Sovet İttifaqında əhalinin məcburi köçürülmələri dedikdə Sovet İttifaqında anti-sovet və ya anti-kommunist hərəkatlar içində olub, "fəhlə sinfinin düşmənləri" hesab edilən şəxslərin və ya qrupların, müxtəlif iş növlərində əmək gücü olaraq istifadə edilmək üçün ehtiyac olan yerlərə köçürülmələri və dövlət idarəsi tərəfindən planlanan köçürülmələr nəzərdə tutulur.

Bütün millətlət və etnik qruplar Sovet hökuməti tərəfindən İkinci Dünya müharibəsi zamanı düşmənlə iş birliyində olduqlarına görə kollektiv şəkildə cəzalandırıldı. Ən azı doqquz fərqli etnik-linqvistik qrup, o cümlədən etnik almanlar, etnik yunanlar, etnik polyaklar, Krım tatarları, Balkarlar, ÇeçenlərKalmıklar Sibirin (bax: sybirak) və Qazaxıstanın ucqar və yaşayış olmayan bölgələrinə sürgün edildi. SSRİ-də məcburi köçürülmələrinin qurbanlarının başına gələn əziyyətlər milyonlarla insanın ölümünə səbəb oldu. Koreyalılarrumınlar da deportasiya edildi. Yüz minlərlə insanı deportasiya etmək üçün XDİK-in kütləvi əməliyyatlarına ehtiyac yarandı.

Sovet İttifaqı hökumətinin qidanın müsadirə etməsi, ətin olmaması, aclığın nəticələrini görməməzlikdən gəlmək, ac qalan əhalinin miqrasiyasını əngəlləyən planlı tədarük məhdudiyyəti kimi fəaliyyətləri nəticəsində 1932–1933-cü illərdə əhalinin vəziyyəti ağırlaşdı. Bu milyonlarla insanın ölümünə səbəb oldu. 1932–1933-cü illərdəki aclıq zamanı həlak olanların ümumi sayının 6–7 milyon[23] və ya 6–8 milyon nəfər olduğu təxmin edilir.[24]

QULAQ

QULAQ "məcburi əmək düşərgələrinin cəza sistemini və əlaqəli həbs və tranzit düşərgələrini və həbsxanaları idarə edən Dövlət Təhlükəsizliyinin bir qolu idi. QULAQ sistemi bu düşərgələrdə hər cür cinayətkarları saxlasa da, düşərgələr əsasən siyasi məhbuslar üçün nəzərdə tutulur və Sovet dövlətinə qarşı olan siyasi müxalifəti sıxışdıran bir vasitə kimi tanınmışdır.[25][26]

Təxminən 14 milyon insan, 1929-cu ildən 1953-cü ilə qədər QULAQ əmək düşərgələrində olmuşdur. 6–7 milyondan çox insan, SSRİ-nin uzaq ərazilərinə sürgün olunmuşdur.[27] Bəzi hesablamalara əsasən, düşərgələrdəki insanların ümumi sayı, 1934-cü ildə 510,307 nəfər idi, lakin bu rəqəm artıq 1953-cü ildə 1,727,970 nəfər idi.[28] Digər hesablamalara əsasən, 1953-cü ilin əvvəlində məhbusların ümumi sayı, 2.4 milyondan çox idi. Bunların 465.000 nəfəri, siyasi məhbus idi.[29] 11 ilini QULAQ-da keçirən 1970-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatının laureatı olmuş rus yazıçı Aleksandr Soljenitsın "Qulaq arxipelaqı" kitabında QULAQ və onun tarixi haqqında geniş şəkildə yazmışdır[30]

İlhaq edilmiş ərazilərdəki repressiyalar

1933-cü il. Xarkovda bir küçədə ac kəndlilər.

İkinci Dünya müharibəsinin ilk illərində Sovet İttifaqı Alman-Sovet Paktı və Gizli Protokolun nəticəsi olaraq Şərqi Avropadakı bir neçə ərazini ilhaq etdi.[31]

Baltikyanı ölkələr

Sovetlər tərəfindən Baltikyanı ölkələrdə, Estoniya, LatviyaLitvada repressiyalar və kütləvi sürgünlər həyata keçirildi. Anti-Sovet ünsürlərin Litva, Latviya və Estoniyadan deportasiyasının aparılması qaydası haqqında" olan Serov Təlimatında, Baltikyanı ölkələrin deportasiyasını müşahidə edə biləcək ətraflı prosedur və protokollardan ibarətdir. "Xalqa xain olanları" cəzalandırmaq üçün ictimai məhkəmələr də qurulmuşdu. Sovet işğalının ilk ilində, 1940-cı ilin iyunundan 1941-ci ilin iyununa qədər edam edilmiş, hərbiyə çağırılmış və ya deportasiya edilmiş şəxslərin sayı ən az 124,467 idi: Estoniyada 59,732, Latviyada 34,250, Litvada 30.485 nəfər.[32] Buraya Estoniyadan 8 keçmiş dövlət başçısı və 38 nazir, Latviyadan 3 keçmiş dövlət başçısı və 15 nazir, Litvanın isə o zamankı prezidenti, 5 baş nazir və 24 digər naziri daxil idi.[33]

Stalindən sonrakı dövr (1953–1991)

Litva Kommunist Partiyasının 1940–1974-cü illərdəki lideri Antanas Sniekkus, litvalıların kütləvi repressiyasına nəzarət edirdi.

Stalinin ölümündən sonra müxalifləri sıxışdırmaq kəskin şəkildə azaldı və yeni forma aldı. Sistemin daxili tənqidçiləri "sosial parazitlər" kimi anti-sovet təşviqatına, anti-sovet böhtanlarına görə məhkum edildi. Digərləri isə əqli xəstə, şizofreniya xəstəsi kimi qeyd edildi və "psikhushkas" da, yəni Sovet hakimiyyəti tərəfindən həbsxanalar kimi istifadə edilən ruhi xəstəxanalarda həbs olundular.[34] Aleksandr Soljenitsın, Vladimir BukovskiAndrey Saxarov başda olmaqla bir çox görkəmli müxaliflər ölkə daxilinə və ya xaricə sürgün edildilər.

Həyatını itirənlərin sayı

Həyatının itirənlərin çox geniş hissəsi İosif Stalin dövrünə aiddir. Bəzi alimlər iddia edirlər ki, siyasi məhbusların və etnik azlıqların edamlarının hesabatı etibarlı və ya tam deyil,[35] digərləri isə arxiv materiallarında mühacirlərin və digər məlumat verənlərin ifadələri kimi 1991-ci ildən əvvəl istifadə olunan mənbələrdən üstün olan inkaredilməz məlumatların olduğunu iddia edirlər.[36][37] Sovet İttifaqının dağılmasından sonra işləyən tarixçilər, qurbanların sayının təxminən 3 milyondan 9 milyona qədər olduğunu təxmin etdilər.[38] Bəzi alimlər hələ də ölənlərin sayının on milyonlarla ola biləcəyini iddia edirlər.[39]

İtkiləri hesablamaq

2011-ci ildə Şərqi Avropa arxivlərindəki 20 illik tədqiqatın nəticəsi olaraq, tarixçi Timoti D. Sinder iddia edir ki, Stalin qəsdən milyona yaxın insan öldürüb.(Əgər siyasətlə bağlı olaraq əvvəlcədən təxmin edilən ölümlər də nəzərə alınsa bu rəqəm 9 milyona çatır.)[38][40] 1990-cı illərdə Sovet arxivlərindən daha əvvəl gizli məlumatların yayılması, Stalin erasında repressiya qurbanlarının sayının təxminən 9 milyon olduğunu göstərir. Bəzi tarixçilər öz demoqrafik təhlillərinə və Sovet arxivlərində olan məlumatların yayılmasından əvvəl dərc olunan xəbərlərə əsasən ölən insanların təqribən 20 milyon olduğunu iddia edir.

Amerikalı tarixçi Richard Pipes qeyd etdi ki, 2-ci dünya müharibəsindən əvvəl, kollektivləşdirmə dövründən sonra 1932–1939-cu illərdə aparılan siyahıyaalma prosesi əhali nüfusunun 9–10 milyona qədər azaldığını aşkar etdi.[41]"Böyük Terror" un ən son buraxılışında Robert Konqvest bildirir ki, ölənlərin dəqiq sayı heç vaxt tam əminliklə bilinməsə də, ən azı 15 milyon insan Sovet rejimi terrorunun qurbanı oldu.[42] Rudolf Rummel 2006-cı ildə Sovet İttifaqı hökuməti tərəfindən digər Şərqi Avropa ölkələrində öldürülənlərin də olmasına baxmayaraq daha yüksək qurbanların ümumi sayının doğru olduğunu iddia edir.[43] Əksinə, J. Arç Getti, Stiven G. Vitkroft və başqaları Sovet arxivlərinin açılmasının "revizionist" alimlərin irəli sürdükləri aşağı hesablamaları doğrultduğunu söyləyirlər.[44] 2003-cü ildə Simon Sebaq Montefiore Stalinin ən azı 20 milyon insanın ölümünə görə cavabdeh olduğunu irəli sürdü.[45]

Qiymətləndirmələrin bəziləri demoqrafik itkilərə əsaslanır. Əldə edilən qələbə onun necə bu qiymətləndirməyə gəldiyini izah etdi. " Mən 1937-ci iin əvvəlində təxminən 11 milyon, 1937–1938-ci illər ərzində 3 milyon yəni 14 milyona çatmağı təklif edirəm. 1937-ci il Yanvar ayında aparılan siyahıyaalma prosesində təkcə 11 milyon, doğum sayında olan əskiklik və ölüm arasında necə bölüşdürüldüyünə aid əsaslı fikirlər də önə sürülərək bu rəqəmin 15–16 milyon çatdığını asanlıqla ortaya qoydu."[46]

Bəzi tarixçilər də inanır ki, Sovet hakimiyyəti tərəfindən qeydə alınmış rəsmi arxiv sənədləri etibarsız və tamamlanmamışdır. Hər şeyi əhatə edən qeydlərdəki uğursuzluğa əlavə olaraq əlavə bir nümunə kimi, Kanadalı tarixçi Robert Gellateli və Britaniyali tarixçi Simon Sebag Montefiore iddia edirlər ki, "istintaq nəzarəti" ndə olarkən döyülərək öldürülən şübhəlilərin çoxu ölənlərin siyahısına sayılmayıb. Digər tərəfdən Avstraliyali tarixçi Stephan G. Vhitcroft iddia edir ki, tarixi tədqiqatlar üçün arxivlər açılmazdan əvvəl "Sovet repressiyalarının mahiyyəti və miqyası anlayışımız son dərəcə zəifdir" və Stalinizm siyasəti nəticəsində qurbanların sayının əvvəlki hesablamalara uyğun qalmağını istəyən bəzi mütəxəssislər isə "arxivlər açıq və çoxsaylı danılmaz məlumatlar olduğu müddətdə uyğunlaşmağın çətinləşdiyi" fikrindədirlər.[37]

Ölənlərin xatirəsi

1991-ci ildən bəri Rusiyada 30 Oktyabr tarixində Siyasi Repressiya Qurbanlarını Anılma Günü rəsmi olaraq keçirilir. Siyasi Repressiya Qurbanlarını Anılma Günü hər il mayın üçüncü bazar günü Ukrayna istisna olmaqla(Ukranyada bu günü başqa zamanda qeyd edirlər) digər keçmiş sovet respublikalarında da qeyd olunur.

Xatirə cəmiyyətinin üzvləri bu cür xatirə məclislərində xüsusi olaraq iştirak etdilər. 2007-ci ildən bəri bu cəmiyyət hər 29 oktyabrda Moskvadakı Solovetski Daşının yanında gün boyu davam edən "Adların bərpası" mərasimini təşkil edir.[47]

2017-ci ilin oktyabrında açılışı olan Moskvadakı "Qəm Divarı", Sovet İttifaqında Stalin repressiyaları zamanı öldürülən insanların xatirəsi üçün prezidentin sərəncamı ilə sifariş edilmiş ilk rus abidəsidir.[48][49]

Həmçinin bax

İstinadlar

  1. Arup Banerji. Writing History in the Soviet Union: Making the Past Work. Berghahn Books. 2008. ISBN 9788187358374.
  2. Aleksandr Borisoviç. "Химико-политический туман" (rus. ). nvo.ng.ru/. 16 fevral 2007. 2007-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  3. Courtois et al, 1999
  4. Melgunov, S. P. (Sergei Petrovich). The red terror in Russia. London (England) : J. M. Dent. 1925.
  5. Courtois, Stéphane; Werth, Nicolas; Panné, Jean-Louis; Paczkowski, Andrzej; Bartosek, Karel; Margolin, Jean-Louis. Il libro nero del comunismo (Le scie). Mondadori. 1998. ISBN 9788804447986.
  6. Courtois, Stéphane; Werth, Nicolas; Panné, Jean-Louis; Paczkowski, Andrzej; Bartosek, Karel; Margolin, Jean-Louis. [[Stalin]]: The First In-depth Biography Based on Explosive New Documents from Russia's Secret Archives. Anchor. 1997. səh. 152. ISBN 0-385-47954-9.
  7. Viktor Suvurov. Inside Soviet military intelligence. New York : Macmillan. 1984. ISBN 9780026155106.
  8. James Ryan. Lenin's Terror: The Ideological Origins of Early Soviet State Violence. London: Routledge. 2012. ISBN 978-1138815681.
  9. W. Bruce Lincoln. Red victory: a history of the Russian Civil War. Simon and Schuster. 1989. səh. 384. ISBN 9780671631666.
  10. Bill Keller. "Major Soviet Paper Says 20 Million Died As Victims of Stalin". nytimes.com (ing. ). New York Times. 4 fevral 1989. 2009-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2020.
  11. Deepti Mahajan. "Collectivization". britannica.com (ing. ). Encyclopædia Britannica, Inc. 10 sentyabr 2007. 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
  12. R. W. Davies. The State and the Kolkhoz. London: Palgrave Macmillan. 1980. səh. 1-14. ISBN 978-1-349-10255-6.
  13. R. W. Davies. The Industrialisation of Soviet Russia 2: Soviet Collective Farm, 1929-1930. London: Palgrave Macmillan. 1980. səh. 1. ISBN 978-1-349-10255-6.
  14. Valentin Berezhkov. Kak ya stal perevodchikom Stalina. Moskva: DEM. 1993. səh. 317. ISBN 5-85207-044-0.
  15. Stanislav Kulchytsky. "КОЛЬКО НАС ПОГИБЛО ОТ ГОЛОДОМОРА 1933 ГОДА?" (rus. ). Zerkalo Nedeli. 23–29 noyabr 2002. 21 iyul 2006 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
  16. Constantin Iordachi, Arnd Bauerkamper. The Collectivization of Agriculture in Communist Eastern Europe: Comparison and Entanglements. Central European University Press. 2014. səh. 9. ISBN 9786155225635.
  17. Gellately, 2007
  18. Figes, 2007
  19. Yevgenia Albats, KGB: The State Within a State. 1995, page 101
  20. Robert Gellately. Lenin, Stalin, and Hitler: The Age of Social Catastrophe. Knopf, 2007 ISBN 1-4000-4005-1 səh. 460
  21. Catherine Merridale. Night of Stone: Death and Memory in Twentieth-Century Russia. Penguin Books, 2002 ISBN 0-14-200063-9 səh. 200
  22. "Robert Conquest, The Great Terror: A Reassessment: 40th Anniversary Edition, Oxford University Press, USA, 2007. səh. 339"
  23. С. Уиткрофт (Stephen G. Wheatcroft), "О демографических свидетельствах трагедии советской деревни в 1931–1933 гг." Arxivləşdirilib 2008-03-20 at the Wayback Machine (On demographic evidence of the tragedy of the Soviet village in 1931–1833), "Трагедия советской деревни: Коллективизация и раскулачивание 1927–1939 гг.: Документы и материалы. Том 3. Конец 1930–1933 гг.", Российская политическая энциклопедия, 2001, ISBN 5-8243-0225-1, с. 885, Приложение № 2
  24. Ivan Alekseyevich Yerofeyev, Andrij Makuch, Stepan Andriyovich Kryzhanivsky, Ivan Alekseyevich Yerofeyev, Lubomyr A. Hajda, Oleksa Eliseyovich Zasenko. "Ukraine". britannica.com (ing. ). Encyclopædia Britannica, Inc. 25 noyabr 2019. 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
  25. Anne Applebaum. Gulag: A History. Doubleday. 2003. ISBN 9780767900560.
  26. Robert Service. "The accountancy of pain". theguardian.com (ing. ). The Guardian. 7 iyun 2003. 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
  27. Robert Conquest. Victims of Stalinism: A Comment (PDF). 43, №7. Europe-Asia Studies. 1997. səh. 1317-1319.
  28. Getty, Rittersporn, Zemskov. Victims of the Soviet Penal System in the Pre-War Years: A First Approach on the Basis of Archival Evidence. The American Historical Review, Vol. 98, No. 4 (Oct., 1993), pp. 1017–1049
  29. "Repressions". Publicist.n1.by. Retrieved 2009–01–06.
  30. Encyclopaedia Britannica-nın redaktorları. "Aleksandr Isayevich Solzhenitsyn". britannica.com (ing. ). Encyclopædia Britannica, Inc. 14 yanvar 1999. 2019-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
  31. The Soviet occupation and incorporation Arxivləşdirilib 2008-06-17 at the Wayback Machine at Encyclopædia Britannica
  32. Edgars Dunsdorfs. The Baltic Dilemma. The case of the jure recognition by Australia of the incorporation of the Baltic States into the Soviet Union. Nyu-York: Robert Speller & Sons. 1975. ISBN 9780831501488.
  33. Andres Küng. "Communism and Crimes against Humanity in the Baltic states" (ing. ). rel.ee. 13 aprel 1999. 1 mart 2001 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
  34. Robin Munro. "The Soviet Case: Prelude to a Global Consensus on Psychiatry and Human Rights". hrw.org (ing. ). Columbia Journal of Asian Law. 2000. 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
  35. "SOVIET STUDIES". sovietinfo.tripod.com. 2019-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-28.
  36. "The Scale and Nature of German and Soviet Repression and Mass Killings,1930-45" (PDF). 2011-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-02-06.
  37. 1 2 "The Scale and Nature of Stalinist Repression" (PDF). 2019-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-02-06.
  38. 1 2 Snyder, Timothy. "Hitler vs. Stalin: Who Was Worse?". The New York Review of Books (ingilis). 2011-01-27. 2019-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-28.
  39. Rosefielde, Steven. Red Holocaust. Routledge. 2008. 17. ISBN 978-0-415-77757-5.
  40. Timothy Snyder. Bloodlands: Europe Between Hitler and Stalin. Basic Books. 2012. səh. 384. ISBN 9780465032976.
  41. Richard Pipes. Communism: A History. Random House Publishing Group. 2001. səh. 384. ISBN 9781588360960.
  42. Richard Pipes. The Great Terror: A Reassessment 40th anniversary edition by Conquest, Robert (2007) Paperback. Oxford University Press. 2007.
  43. "How Many Did Stalin Really Murder? | The Distributed Republic". www.distributedrepublic.net. 2017-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-28.
  44. STEPHEN G. WHEATCROFT. Victims of Stalinism and the Soviet Secret Police: The Comparability and Reliability of the Archival DataÐ Not the Last Word (PDF). 51. EUROPE-ASIA STUDIES. 1999. səh. 315-345.
  45. Montefiore, Simon Sebag. Stalin: The Court of the Red Tsar (ingilis). Knopf Doubleday Publishing Group. 2007-12-18. 643. ISBN 9780307427939. 2020-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-06.
  46. "Robert Conquest, Excess Deaths in the Soviet Union, NLR I/219, September–October 1996". New Left Review (ingilis). 2022-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-28.
  47. "Restoring the Names" (ing. ). dmitrievaffair.com. 30 oktyabr 2017. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
  48. "Wall of Grief: Putin opens first Soviet victims memorial". BBC News (ing. ). bbc.com. 30 oktyabr 2017. 2020-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
  49. "Путин открыл в Москве мемориал "Стена скорби". RBK (ing. ). rbc.ru. 30 oktyabr 2017. 2019-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.

Ədəbiyyat

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!