Sonuncu samuray (ing. The Last Samurai) — rejissor Edvard Zvikin 2003-cü ildə çəkdiyi dram filmi. Film 4 nominasiyada "Oskar" mükafatına namizəd göstərilmiş, 15 mükafata layiq görülmüşdür.
Məzmun
1876-cı ildə Amerika ordusunun kapitanı Natan Alqren Yaponiya imperatorunun dəvəti ilə ölkənin ilk müasir ordusuna təlim keçmək üçün Tokioya gəlir.
Yapon ordusuna komandanlıq edən Alqren döyüşdə samuraylara əsir düşür. Samurayların son lideri Katsumoto (Ken Vatanabe) yeni düşmənlərinin kim olduğunu və nə olduğunu anlamaq üçün onun öldürülməsinə icazə vermir və onu yaşadıqları samuray kəndinə aparır. Alqren samuray mədəniyyəti ilə tanış olur və çox təsirlənir. Bir samuray döyüşçüsü kimi hərəkət etməyi, qılınc istifadə etməyi öyrənəndə böyük bir qərarın həddinə gəlir. İki tərəf arasında qalmışdır və şərəfinin doğru yolu göstərməsini gözləyir.
Rollarda
- Tom Kruz (Natan Alqren)
- Ken Vatanabe (Katsumoto)
- Şin Koyamada (Yoritomo)
- Timoti Spall (Simon Qraham)
- Billi Konnolli (Qrant Zebula)
- Toni Goldvin (Benjamin Baqli)
- Hiroyuki Sanada (Ujio)
- Şun Sugata (Nakao)
Həmçinin bax
ABŞ filmlərinin siyahısı
Yeni Zelandiya filmlərinin siyahısı
Yaponiya filmlərinin siyahısı
İstinadlar
Xarici keçidlər