Sleşer (ing. slash "arxadan zərbə; vurmaq") — qorxu filmlərinin alt janrı; bir neçə insanı bir-birinin ardınca təqib edən və qətlə yetirən (bəzən maska taxan, bəzən fövqəltəbii güclərə malik olan) psixopat-qatil obrazının olması ilə xarakterizə olunur, əksər hallarda yeniyetmələr, adətən təsadüfi, səbəbsiz bir şəkildə, bir gündə bir çox insanın həyatını məhv edir.
Kino-tənqidçilər italyan filmləri olan The Peeping Man (1960) və Psixo (1960) kimi psixoloji qorxu filmlərini sleşerin inkişafına ilkin təsirlər kimi göstərirlər. Bu janr 1978–1984-cü illərdə öz zirvəsinə çatdı — həmin illər belə filmlərin "qızıl dövrü" sayılır. Sleşer filmlərinin diqqətəlayiq nümunələrinə Texas qətliamı (1974), Təpələrin gözləri var (1977), Hellouin (1978), Cümə, ayın 13-ü (1980), Qarağac küçəsində qarabasma (1984), Uşaq oyunu (1988), Fəryad (1996), Mən bilirəm siz keçən yay nə etmisiniz (1997), Yanlış döngə (2003) və s. göstərmək olar.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər