Skott Coplin (ing.Scott Joplin; 1868 – 1 aprel1917[1][2], Nyu-York, Nyu-York ştatı[3]) — afroamerikalı bəstəkar və pianoçu, 44 reqtaym müəllifi, bunlardan ən məşhurları "Estrada artisti" (ing.Entertainer) və "Ağcaqayın yarpağı"dır (ing.Maple Leaf). O, reqtaym janrının ən böyük müəllifi hesab olunur, lakin yalnız ölümündən sonra tanınıb. Yaşadığı müddətdə onun musiqisi afro-amerikan icması tərəfindən "çox ağ", ağlar tərəfindən isə əksinə, klassik qanunlara uyğun gəlməyən "çox qara" kimi qəbul edilirdi. Coplinin yaradıcılığına maraq 1970-ci illərdə yenidən canlandı. 1977-ci ildə onun haqqında Skott Coplin bioqrafik filmi çəkildi, baş rolu Billi Di Uilyams canlandırdı[4].