Six Flags

Six Flags Entertainment Corp.
Six Flags
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 1961
Bağlanma tarixi 2024
Baş qərargahın yeri ABŞ
Kanada
Meksika
İqtisadi göstəriciləri
Ümumi gəliri 1.021 milyard ABŞ dolları
Xalis mənfəəti 112.96 milyon ABŞ dolları
Əməliyyat mənfəəti 143.95 milyon ABŞ dolları
Struktur
İşçi sayı 47.000
Six Flags veb-saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Six Flags (ing. Altı Bayraq) - dünyada ən böyük regional istirahət parkı şirkəti, Birləşmiş Ştatlarda ikinci aparıcı lunapark operatorudur. (Birinci yerdə Walt Disney). Oklahomada şirkətin baş ofisi yerləşir. Eyni zamanda Nyu Yorkda ikinci korporativ ofisidə fəaliyyət göstərir. ABŞ-da, Kanadada, Meksikada və Avropada 39 ailə yönümlü istirahət parkları mövcuddur. Amerikanın 35 ştatınına xidmət edə bilir. Parkda karusellər, heyvanxanalar, yüksək səviyyəli restoranlar, tamaşalar, kiçik alış-veriş mərkəzləri və piknik əraziləri fəaliyyət göstərir. Six Flags şirkətinin öz parklarında Worner Bros. qəhrəmanlarını istifadə etmək hüququ da var. Six Flags lunaparkları hər il 50 milyona yaxın ziyarətçini qəbul edir. Şirkətin parklarının iyirmi dördü Six Flags adı ilə brendlənib.

Tarixi

Başlanğıc

Six Flags parkında yerləşən əyləncəli dəmiryolu

Şirkətin əsası 1961-ci ildə Anqus Vin (Angus Wynne) tərəfindən qoyulub. Lunaparkın əsası qoyulmadan üç il öncə Texasın neft baronları və başqa sərmayəçiləri Vinilə birlikdə 3000 hektarlıq sənaye mərkəzi tikmək üçün plan axtarmışlar. Ancaq planlarını reallaşdırmaq üçün kifayət qədər sərmayə tapa bilməyiblər. Vin kifayət qədər sərmayə toplamaq üçün lunapark tikməyi qərara alır. Parkın əsası 1960-cı ildə qoyulur və 1961-ci il Avqustun 15-də tamamlanır. Park 3.5 milyon dollara başa gəlir. Parkın adı Six Flags over Texas qoyulur. Six Flags-Altı Bayraq adı Texasa hakim olmuş altı müxtəlif dövlətlərin rəmzidir. İlk Six Flags parkı rəqibi Wolt Disney kimi hər yaşda olan müştəriləri əyləndirək üçün hindu kəndi formasında dizayn edilmişdi. Parkda həbsxana, bar, hətta dəmiryolu da var idi. Müxtəlif növ tamaşalar üçün parkda amfiteatrda tikilmişdi. Anqus Vinin məqsədi parkı rəqibi Wolt Disneydən daha məşhur və daha gəlirli etmək idi. Vinin planına görə illik beş yüz min insan parka daxil olacaqdı. Giriş haqqı 2 dollar 75 sent idi. Ziyarətçilərin sayı Veynin hesablamalarından iki dəfə çox oldu. Bir il ərzində 1 milyon insan parkı ziyarət etdi. Gəlirin çox olması Veyni sənayə parkı qurmaq fikrindən daşındırdı. Bundan sonra lunapark gündən-günə çiçəklənməyə başladı. 1966-cı ildə Anqus Vin lunapark biznesini Penn Central korporasiyasına satdı. Parkın yeni sahibləri parkı daha da genişləndirdilər və yeni avadanlıqlar gətirdilər. 1967-ci ildə Six Flags Atlantada Six Flags over Georgia adlı yeni parkını istifadəyə verdi. Şirkətin gələcək prezidenti və baş icraçı direktoru Leri Koçran (Larry Cochran) parkın inkişafında xüsusi rollarına görə prezident müavini seçildi.

Genişlənmə və innovasiya dövrü

İstirahət parkı kimi Six Flags Amerikada böyük şöhrət tapdı. 1970-ci illər ərzində şirkətə əlavə 5 parkda əlavə edildi. 1971-ci ildə şirkət Missuridə Six Flags Over Mid-America adlı yeni park tikdi. Daha sonra parkın adı dəyişdirilərək Six Flags St. Louis qoyuldu. Dörd il sonra Texasda ikinci park AstroWorld adı altında açıldı. 1978-ci ildə şirkət şərq sahil bazarına daxil oldu və Nyu Cersidə Six Flags Great Adventure parkını açdı. 1979-cu ildə Magic Mountain adı ilə Kaliforniyada yeni parkı istifadəyə verdi. Növbəti on illikdə Six Flags başqa bir sahəni inkişaf etdirməyə qərara aldı: Sürətli atraksiyonları. Şirkətin məqsədi dünyada analoqu olmayan karusellər yaratmaq idi. Elə buna da nail ola bildilər.

Yeni sahiblər dövrü

Six Flags parkında yerləşən atraksiyonlardan biri

1981 və 1990-cı illər arasında şirkətdə ən azı dörd hissə sahibi var idi. Ən böyük dəyişiklik 1982-ci ildə Penn Central şirkətinin parkların hissələrini Bally Manufacturing şirkətinə satması idi. Yeni sahiblərin rəhbərliyi dönəmində Çikaqoda açılan Six Flags Great America parkı siyahıda yeddinci yeri tutdu. Üç il sonra Cochran and Wesray Capital Co. Şirkəti 617 milyon dollar ödəyərək Six Flags şirkətini özəlləşdirdi. 1990-cı ildə Time Worner Inc. Şirkəti parkın 19.5 faizlik hissəsini satın aldı. Yeni şirkətin gəlişindən sonra Bugs Bunny kimi məşhur Worner Bros qəhrəmanları parklarda istifadə edilməyə başlandı. Eyni zamanda reklamların sayı da artırıldı. Şirkət sahib olduğu dövrlər ərzində parka illik 25 milyon dollar xərcləyirdi. 1991-ci ildə parkın sahibləri yenidən dəyişdi. Time Worner parkın əlli faizinə sahib oldu. Digər əlli faiz isə Nyu York investisiya şirkətləri olan Blackstone Group və Wertheim Schroder kampaniyalarına satıldı. 1998-ci ildə Six Flags çox sayda əyləncə parklarına sahib olan Premier Parks şirkəti tərəfindən 1.86 milyard dollara tamamilə satın alındı. Daha sonra şirkət Six Flags adını sahib olduğu digər parklara da verməyə başladı. Şirkət eyni zamanda öz adını da dəyişərək Six Flags istirahət parkları şirkəti qoydu. Bütün bu islahatlardan sonra da Six Flags parklarının sayı artmağa başladı.

Parkların siyahısı

Six Flags over Texas

Park Texas ştatı, Arlinqton şəhərində yerləşir. Six Flags zəncirinin ilkidir. 1961-ci il avqustun 1-də 10 milyon dollar investisiya ilə yaradılıb. Parkın ərazisi 0,86 km ² dir. Parkda 50 karusel, 5 su karuseli var. Park mart ayından Yanvar ayına qədər fəaliyyət göstərir.

Six Flags over Georgia

Qərbi Atlantada yerləşən parkın ərazisi1115 hektardırdır. Six Flags zəncirinin ikincisidir. Park Mart ayından Oktyabr ayınadək fəaliyyət göstərir. Parkda müxtəlif 55 növ böyük atraksiyon var.

Six Flags St. Louis

Park Missuri ştatında yerləşir. Six Flags parklarının üçüncüsüdür. Six Flags adı altında tikilmiş sonuncu parkdır. Park 1971-ci il iyunun 5-də açılıb. Park Aprel ayından Noyabr ayına qədər fəaliyyət göstərir. Parkın ərazisi 200 hektar olsa da, onun 53 hektarı istifadə edilir. Parkda 40 növ karusel var.

Six Flags Great Adventure

Park Nyu Cersidə yerləşir. Parkın daxlində Six Flags Safari heyvan parkı və Hurricane Harbor su parkı yerləşir. Parkın əsası 1974-cü ildə qoyulub. Mart ayından Noyabr ayınadək fəaliyyət göstərir. Parkın ərazisi 890 hektardır. Parkda 44 karusel. Çoxlu sayda yeməkxana, oyun əraziləri, alış-veriş bölmələri var

Six Flags Magic Mountain

Magic Mountain adı altında əsası qoyulmuş park 1979-cu ildə Six Flags tərəfindən özəlləşdirilib. 2011-ci il iyulun 1-də park ən dünyada ən çox karuselə sahib park kimi qeyd edildi. Park aprel ayında açılır, sentyabrda isə bağlanır. Mart ayında isə həftə sonları fəaliyyət göstərir. Parkın ərazisi 105 hektardır.

Six Flags Great America

Çikaqoda Qörni adlı bir kənddə yerləşir. Park Marriott's Great America adı altında 1976-cı ildə açılıb. 1984-cü ildə Six Flags parkı Marriott Korporasiyasından alıb. Park zəncirin yeddincisidir. Parkın daxilində 6 hektarlıq su parkıda fəaliyyət göstərir. Park may ayının 7-dən oktyabr atının sonuna qədər fəaliyyət göstərir. Parkın ərazisi 50 hektardır. Parkda 51 karusel növü var.

Six Flags Hurricane Harbor

Six Flags parklar zəncirinin su parkıdır. Park ayrıca fəaliyyət göstərmir. Six Flags parklarının tərkibindədir.

Six Flags Fiesta Texas

Texasın San Antonio şəhərində yerləşən parkın ərazisi 800 hektardır. Parkın əsası 1992-ci ildə qoyulub. Park mart ayından yanvar ayına qədər fəaliyyət göstərir

Six Flags America

Merilənddə yerləşən parkın əsası 1974-cü ildə qoyulub. Wildlife Preserve, Wild Country, Wild World və Adventure World parkın əvvəlki adlarıdır. Parkın açıq olduğu müddət mart ayından oktyabr ayına qədərdir. Parkın ərazisi 211 hektar olsa da, onun 53 hektarından istifadə edilir. Parkda 55 atraksiyon fəaliyyət göstərir.

Six Flags Great Escape

Parkın əsası 1954-cü ildə Storytown USA, The Great Escape Fun Park adı altında açılıb. Daha sonra Six Flags şirkəti tərəfindən özəlləşdirilib. Altmış hektar ərazisi olan park əsasən su parkı kimi fəaliyyət göstərir.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!