Sirus Təbrizli

Sirus Təbrizli
Sirus Təbrizli Azərbaycan Parlamentində
Sirus Təbrizli Azərbaycan Parlamentində
Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırış deputatı
25 noyabr 2000 – 6 noyabr 2005
12 noyabr 1995 – 1997
Azərbaycanın mətbuat və informasiya
naziri
1997 – 25 noyabr 2000
PrezidentHeydər Əliyev
ƏvvəlkiSabir Rüstəmxanlı
Sonrakıvəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 9 may 1942(1942-05-09)
Doğum yeri
Vəfat tarixi 7 sentyabr 2013(2013-09-07) (71 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
Fəaliyyəti jurnalist

Təltifləri "Jurnalistlərin dostu" mükafatı

Sirus Xudadat oğlu Təbrizli (9 may 1942, Təbriz7 sentyabr 2013, Xaçmaz) — Azərbaycan siyasətçisi və jurnalisti, Azərbaycan Milli Məclisinin I çağırış (1995–1998)II çağırış (2000–2005) üzvü, Azərbaycanın mətbuat və informasiya naziri (1997–2000), Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri.

Həyatı

Sirus Təbrizli 1942-ci il mayın 9-da İranın Təbriz şəhərində anadan olub. Sirus Təbrizli ali təhsilini Azərbaycan Dövlət Universitetində jurnalistika ixtisası üzrə alıb. O, azərbaycan dili ilə yanaşı farsrus dillərini də bilirdi.

Ailəsi

Sirus Təbrizli Rəfiqə Təbrizli ilə ailəli idi; Arzu və Sevinc adında övladları var. Arzu Təbrizli dövlət qulluqçusu, Sevinc Təbrizli isə cərrahdır.

Fəaliyyəti

Sirus Təbrizlinin siyasi fəaliyyəti 80-ci illərin sonu 90-cı illərin əvvəlində başlayan Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvü olması ilə başladı.

1992-ci ildə Sirus Təbrizlinində daxil olduğu və tarixə "91-lər" olaraq keçən 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atdı. Həmin 91 nəfərdən ibarət qrup daha sonra 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis iclasında partiyanın qurucu üzvlərindən oldu. Sonradan onlar Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular.

Sirus Təbrizli 1995-ci il noyabrın 12-də baş tutan Azərbaycan Milli Məclisinə I çağırış seçkilərində iştirak etdi. 13 saylı Nizami rayonu II seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü olan Sirus Təbrizli majoritar yolla Milli Məclisin deputatı seçildi. Deputat fəaliyyəti dövründə o, Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

Sirus Təbrizli Milli Məclisdə fəaliyyət göstərdiyi zaman kəsiyində Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanın mətbuat və informasiya naziri təyin edildi. Nazir təyin olunduğu üçün Sirus Təbrizlinin deputat mandatı ləğv edildi.

Sirus Təbrizli 2000-ci il noyabrın 5-də baş tutan Azərbaycan Milli Məclisinə II çağırış seçimlərə qatıldı. 13 saylı Nizami-Xətai rayonları seçim dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü olan Sirus Təbrizli majoritar seçimin nəticəsində növbəti dəfə Milli Məclisə seçildi. Sirus Təbrizli Milli Məclisdə səlahiyyətlərinə yalnızca həmin il noyabrdın 25-dən sonra başladı. Həmin tarixdə o, Azərbaycanın mətbuat və informasiya naziri vəzifəsindən azad edildi.

Partiyadan uzaqlaşdırılması

Sirus Təbrizli Yeni Azərbaycan Partiyasının üzvü olduğu müddət ərzində daim partiyanın apardığı siyasətdə olan nöqsanları tənqid edənlərdən biri olub. Sirus Təbrizli 2007-ci il martın 27-də baş tutan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının qərarı ilə çıxışlarının birində Yeni Azərbaycan Partiyasını "Simasız Quldurlar Partiyası" adlandırdığı üçün partiyadan uzaqlaşdırılmışdı. Bu uzaqlaşdırılmaya baxmayaq Sirus Təbrizli daim iqtidarın və partiyanın apardığı siyasətin əleyhinə çıxış edirdi.

Ölümü

Sirus Təbrizli 2013-cü il sentyabrın 7-si səhər saatlarında Xaçmaz rayonunun Nabran qəsəbəsində istirahət etdiyi bağ evində vəfat etdi. Vəfat səbəbi olaraq qan-damar çatışmazlığı göstərildi.

Sirus Təbrizlinin dəfn mərasimi bir gün sonra, sentyabrın 8-i saat 15.00 radələrində baş tutdu. Dəfn mərasiminə iqtidar nümayəndələri ilə yanaşı, müxalifət nümayəndələridə qatıldı. Onlar sırasında Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, paytaxtın meri Hacıbala Abutalıbov, Milli Məclisin üzvləri Eldar İbrahimovMübariz Qurbanlı, həmçinin Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov, Milli Şuranın sədri Cəmil Həsənli də var idi.

Sirus Təbrizlinin dəfn olunması üçün əvvəlcə II Fəxri Xiyaban nəzərdə tutulsada, ailə üzvləri onun arzusunun yaxın dostu, Azərbaycan Milli Məclisinin I, II və III çağırış deputatı olan Anar Məmmədxanovun yanında dəfn olunmaq istəməsi olduğu bildirdi. Sirus Təbrizli istəyinə uyğun olaraq III Fəxri Xiyabanda əbədiyyata uğurlandı. Amma, Sirus Təbrizlinin qızı Sevinc Təbrizlinin 2017-ci ildə KİV-lərinin birinə verdiyi müsahibə zamanı, atasının Anar Məmmədxanovun yanında dəfn olunmaq istədiyi haqqında olan məlumatların həqiqətə uyğun olmadığını və atasının heç II Fəxri Xiyabanda dəfn olunmasının nəzərdə tutulmadığını bildirdi. O, atasının orada dəfn olunmasının yalnızca təsadüf olduğunu bildirdi.

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!