Siloso fortu (çin. - 西乐索炮台) — SinqapurunSentosa adasında olan müdafiə istehkamı. Bu istehkam ərazidə vaxtilə mövcud olmuş on iki sahil müdafiə qurğularından yeganəsidir. Digərləri tədricə dağılaraq məhf olmuşlar.
Adanın qərb hissəsində Siloso fortu yerləşir. Bu istehkamdan daha çox İkinci dünya müharibəsi zamanı Sinqapura qərbdən edilən müdaxiləyə cavab vermək məqsədilə istifadə edilib. Fort 1880-ci ildə Britaniya ordusu tərəfindən qurulub və Keppel boğazına çıxışı qorumaq məqsədi daşıyıb. Sonralar istekam yenidən qurulmuş və 1939-cu ildə 150 millimetirlik Mark2 və on iki funtluq sürrətli sillalarla təmin olunmuş. Müasir dövrdə Siloso fortu İkinci dünya müharibəsindən qalmış yeganə istehkam qurğusudur.[1]
Fortda olan bütün bunkerlər, anbarlar, tunellər hal-hazırda turustlər üçün açıqdır. Burda həmçinin XVII əsr, eləcə də ikinci dünya müharibə dövrünə aid silah sərgisi də mövcuddur. Ərazidə çoxlu britaniya əsgər və zabitlərinin fiqurlar var. Məhz bu fiqurlar mövcud durumu əyani göstərməyə xidmət edir. Fortda şəkil və sənədlərin nümayiş olunduğu bölmədə fəaliyyət göstərir.
Siloso fort 1989-1993-cü illərdə siyası məhbusların saxlanılma yeri kimi istifadə olunub.
Tarixi
Tikintisi
"Siloso" sözü malay sözü olub, "qaya" deməkdir. Sinqapur limanı girişində böyük qaya mövcud idi. Bu qaya gəmiçilik üçün böyük təhlükə yaradırdı. 1869-cu ildə istifadəyə verilə Süveyş kanalı Sinqapurda ticarətin inkişafına səbəb oldu. Mayor Eduardın rəhbərliyi ilə 1874-cü ildə ərazidə fortun inşasına başlanıldı. Məhz bu istehkamlar Sinqapur limanının müdafiəsinə xidmət edəcəkdir. İstehkam o dövrün müasir silahları ilə təmin olundu.
Silahları
1880-ci ildə Siloso fortu RML 7 və iki RML 64 toplarına malik idi. 1890-cı ildə istehkamda beş Vickers 10 topu quraşdırıldı. 1930-cu illərdə iki QF 6 və torpedo əleyhinə silahlarla təmin olunan fortda 5 ədəd də projektor mövcud idi. Ərazidə müşahidə qülləsi var idi və qüllə Lyuis pulemyotu ilə təmin edilmişdi[2].