Parisdə, Orse muzeyində saxlanılan rəsm əsəri 1889-cu ilin dekabrı ilə 1890-cı ilin yanvarı arasında, yəni rəssam Sen-Remidə ruhi xəstəxanada qalarkən çəkilib.[2]
Mövzu olaraq siestanı seçən Vinsent fransız rəssamı Jan-Fransua Millenin eyniadlı rəsm əsərinə istinad edir. Rəsmin sakit təbiət təsviri olmasına baxmayaraq, burada Vinsentin üslubuna məxsus bədii gərginlik də nəzərə çarpır.[3]
Siesta Vinsentin ən məşhur rəsm əsərlərindən biri hesab edilir.[4][5]