Seyid Mustafa Paşa |
---|
|
Doğum yeri |
|
Vəfat tarixi |
1813 |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti |
hərbi qulluqçu |
Atası |
Seyid Əli ağa |
Həyat yoldaşı |
|
Uşağı |
Şərifə Həvva xanım Sultan |
Döyüşlər |
|
Rütbəsi |
general |
Seyid Mustafa Paşa (Nevşəhər, Osmanlı imperiyası – 1813, İstanbul, Osmanlı imperiyası) — I Əbdülhəmid və III Səlim səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.
Həyatı
Doğum tarixi bilinməsə də, indiki Nevşəhərdə doğulduğu məlumdur. Atası Seyid Əli bəy bölgənin məşhur din xadimlərindəndir. Qardaşı isə gələcəkdə sədarətə yüksələn Silahdar Mehmed Paşadır. 1747-ci ildə İstanbula gətirildi və saray aşçısı olan Süleyman ağanın yardımıyla saray mətbəxinə xidmətçi olaraq anıldı. O illərdə Şahzadə Əbdülhəmidlə yaxın münasibət qurdu və onun qəhvəçisi kimi xidmət göstərdi. Şahzadənin taxta çıxmasının ardından o da yüksəlməyə başladı. Öncə silahdar və baş qapıçı, ardından 1777-ci ilin mayında miraxur və qapıçılar kəndxudası təyin olundu. 1778-ci ilin sentyabrında vəzirliklə Raqqa sancaqbəyliyinə, daha sonra isə nişançı vəzirliyə yüksəldi.
6 noyabr 1778-ci ildə Sultan Mustafanın qızlarından Şah Sultanla evləndirildi.[1] Sarayda keçirilən toy mərasiminin ardından Cağaloğlu səmtindəki sarayda yaşamağa başlayan cütlüyün yeganə övladı olan Şərifə Həvva xanım Sultan 1780-ci ildə dünyaya gəlmiş, 6 ay sonra vəfat edən qızcığaz babası Sultan Mustafanın türbəsinə dəfn edilmişdir.
Toy mərasiminin ardından Anadolu və Rumelinin müxtəlif əyalətlərinə təyin olundu. 1779-cu ilin martında Aydın, oktyabrında Bosniya, ardından Belqrad və Konya, 1780-ci ildə ikinci dəfə Aydın, 1782-ci ilin dekabrında Hələb və Karesi sancaqbəyliyinə gətirildi. Daha sonra Sivas sancaqbəyliyi ilə divan üzvlüyünə yüksəldi. Ancaq çox keçmədən 1784-cü ildə təqaüdə ayrıldı.
İllərcə dövlət vəzifələrindən uzaq qalan Mustafa Paşa Sultan Səlimin son illərində 1807-ci ildə sədarət naibi oldu. Ardından 4 avqust 1808-ci ildə vəzir rütbəsiylə Filibəyə göndərildi. Vəzifəsini tamamlamasının ardından İstanbula geri çağrıldı və paytaxtın yaxınlığındakı köşkündə yaşamağa məcbur edildi. 1813-cü ildə burada vəfat etdi. Məzarı xanımı Şah Sultanın Əyyubsultandakı türbəsinə (Şah Sultan külliyəsi) dəfn edildi.
Mənbə
- Sicil-i Osmani IV, s. 180.
- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, Oğlak Yyaınları, 4. baskı, s. 311-313
İstinadlar
- ↑ Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, Oğlak Yyaınları, 4. baskı, s. 311-313