Servi Tulli (lat. Servius Tullius; e. ə. VI əsr, Roma – e.ə. 535 və ya e.ə. 534, Roma) — Qədim Romanın VI çarı.
Haqqında
Bir rəvayətə görə onun anası latın tayfaları ilə müharibədə əsir alınıb Tarkvini Priskin arvadına kənizliyə verilmişdi. Qul arvadın bir oğlu olmuş, uşağın adını Servi Tulli qoymuşdular, (latınca serva - "qul" deməkdir). Lusi Tarkvini uşağı oğulluğa götürüb böyütmüş, ölərkən özünə xələf təyin etmişdi. Romada ilk ictimai islahatın keçirilməsi onun adı ilə bağlıdır. Servi Tullinin çarlığı zamanı veylər üzərində qələbə çalınmış, Diana məbədi salınmışdı. Servi Tulli Romanın ətrafına divar çəkilməsini davam etdirmişdir. Tulli öz yeznəsi Məğrur Tarkvini tərəfindən öldürülmüşdür.
Mənbə
- Y. Həsənov. Qədim Roma tarixi. Bakı, 1975.