Seria A ilin gənc futbolçusu mükafatı "İtaliya Futbolçular Assossasiyası" tərəfindən təşkil edilmiş və 24 yaşdan aşağı futbolçulara təqdim edilən illik futbol mükafatıdır. Mükafatın təşkilatçısı həm də Oskar del Kalço mükafatlandırma gecəsinin bir parçasıdır.
Antonio Kassano mükafatı bir dəfədən artıq qazanmış yeganə futbolçudur. Klublardan isə "Roma"nın formasını geyinən 3 futbolçunun bu mükafatı qazanması sayəsində klub bu mənada fərqlənir. İlk qeyri italyan qalib isə 2008-ci ildə slovakiyalıMarek Hamşik olmuşdur.